atlar

Hansı heyvanların narkotik maddəyə daim ehtiyacı olur?

Baxış sayı: 920

Çoxlarına elə gəlir ki, yalnız insanlar narkotikdən əziyyət çəkirlər. Əslində, bu, belə deyil. Statiskaya görə, narkoman kimi 7 növ heyvanlara şamil etmək olar.

Aşağıdakı heyvanları əsl narkoman adlandırmaq olar:

Yaquar

Ev pişikləri mədələrini təmizləmək üçün tez-tez ot yeyirlər. Bu, bütün pişikkimilərə aiddir. Amazonda yaşayan yaquarların qida zövqü fərqlidir. Yaquar xüsusi üzüm yarpağına bənzər otları yeyir. Həmin otlardı ki, cənubi şamanlar öz cadularında istifadə edirlər. Bu ot yaquarı zahiri formasına, yəni gecə görüntüsünə təsir edirək həssaslaşdırır. Həm də ov zamanı ona güc verir.

Vallabi

Bu heyvanlar kenquru sinfinə yaxındı. Xüsusilə tiryək (xaşxaş) toxumlarını sevirlər. Avstraliyada tiryəkdən tibbdə çox geniş istifadə edirlər. Vallabilərin yediyi tiryək onlarda hollusinogen maddəsi yaradır. Bu da sahələrdə vallabilərin hündürdən tullanmasına kömək edir. Onlar bu otdan sonra o qədər tullanırlar ki, bəziləri yerdə qalan izləri, kosmosdan enənlərə şamil edirdilər. Ancaq bu belə deyilmiş.

Arılar

Arıların nə qədər əməksevər, zəhmətkeş olduqlarından hamının xəbəri var. Ancaq heç kimin ağılına gəlməzdi ki, onlar da yorğunluğunu çıxarmaq üçün alkoqoldan istifadə edirlər. Bu zarafat deyil. Onların da daxilində gedən proseslər alkoqollu içkiləri tələb edir. Ən çox çaxırı sevirlər. Ancaq maraqlı burasıdır ki, ana arı alkoqoldan istifadə etmiş arıları ayılana kimi içəri buraxmır. İçmiş arı kobudluq edərsə, arılar yığılıb onu cəzalandıraraq ayağını qırırlar.

Atlar

Astraqala adlı bitkini atlar çox sevir. Bu bitkinin də narkotik təsirləri çoxdur. Yeganə bitkidir ki, atlar yedikdən sonra qızışdırıcı təsir edir. Əgər at bu bitkini davamlı yeyərsə, nəticəsi ziyanla sonlanar. Depressiv, halsız və çəki itkisi baş verə bilər. Ona görə də at narkomaniyası ciddi fəsadlara səbəb ola bilər.

Dağ keçisi

Dağ keçiləri də daxili çatışmazlığa görə, narkoman heyvanlar dəstəsinə daxil edilir. Hətta rastına çıxan narkotik bitkini kökünə kimi yeyir.

Quşlar

Quşlar qarışqa yeməyi xoşlayırlar. Bu da xoşagəlməz parazitlərin ortadan qalxmasına kömək edir. Qarışqanın çox yeyilməsi quşalara narkotik vasitə kimi təsir edir.

Lemur

Lemurlar narkotik bitkilərdən sonra özlərini quşalara nisbətən daha alicənab aparırlar. Onlar çox ayaqlı deyilən bitkini bədənlərinə sürtürlər və bununlada əhvalları artır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir