teqvim

Hansı işi hansı ayda görək? – İL TÖVSİYƏSİ

Baxış sayı: 1. 229

Araşdırmalar göstərir ki, işlə bağlı müraciətdən tutmuş, ev satın almağa, hətta evlənməyə və uşaq sahibi olmağa qədər həyatımızın önəmli hadisələrini ilin bəlli aylarında gerçəkləşdirmək daha sərfəlidir. Bəli, indi yeni ilin gəlişinə sayılı günlər qalıb. “Gencaile.az” BBC Türkcəyə istinadən, ilin hansı ayında hansı planı həyata keçirmənin daha əlverişli ola biləcəyi ilə bağlı elmi araşdırmaların nəticələrini ortaya qoyub. Beləliklə, hansı ayda nə etmək lazımdır?

 

Yanvar: işlə bağlı müraciət etmənin ən yaxşı vaxtı

Yeni ilə yeni bir işlə başlamaq üçün yanvarda Google-da işlə bağlı arayışların sayı artır. Amma digər aylarla müqayisədə bu axtarışların çox az hissəsi həqiqi iş müraciətlərinə çevrilir. Bu səbəbdən də yanvar ayı iş müraciəti etmək üçün ən uyğun ay sayılır. Yanvar-iyun arası dövrdə iş müraciətləri, iyul-dekabr arasındakı ilə müqayisədə 14 faiz daha azdır. Bu durum universitet məzuniyyətlərinin əsasən yay aylarında olmasından qaynaqlanır. Beləcə, payızda iş axtaranların sayı artır.

Bundan başqa, yanvar ayında tətildə olanların sayı az olduğu üçün işə götürmə üçün qərar vermə prosedura daha sürətlə işləyir. Şirkətlər o il həyata keçiriləcək yeni layihələr üçün büdcəni də əsasən bu ay dəqiqləşdirmiş olurlar. İllik əlavə maaş, faizlər dekabr ayında həyata keçirildiyi üçün çox insan iş dəyişdirmək üçün yanvar ayını gözləyir. Yəni boş iş yeri faizi bu ay artmış olur.

 

Fevral: maşın sığortası üçün ən yaxşı aydır

İngiltərədə keçirilən araşdırmalar maşın sığortalarının dekabr ayında pik həddə çatdığını göstərir. Qiymətlər yanvar ayında yenidən düşür. Dekabr 2016-cı ildə maşın sığortası orta hesabla 8/12 dollar ikən fevral 2017-ci ildə 685 dollara qədər azalıb. Yəni, dekabrda maşın sığortası yüzdə 15 daha baha başa gəlib.

Dekabr ayında sığorta faizlərinin artması yeni ilə görə daha çox maşının nəqliyyata çıxmasına və soyuq hava şərtlərinə bağlanır. Bu durum qəza riskini artırır.

Ancaq araşdırmalar hansı ay olursa-olsun, öncəki sığorta müddəti bitmədən üç həftə öncə yeniləmənin ən uyğun qiymət almağı təmin edəcəyini göstərir. Sığorta müddəti bitmədən hərəkətə keçmiş olmaq insanın təşkilatçı və tədbirli olmasının əlaməti sayılır. Yeniləməni son dəqiqəyə saxlamaq isə yüksək risk olaraq görülür.

 

Mart: evlənmək üçün ən yaxşı ay

Amerikada evlənmək üçün ən populyar mövsüm payız, İngiltərədə isə yaydır. Bu mövsümlərdə təbii olaraq evlilik mərasimləri də daha baha başa gəlir. Bu səbəbdən də şimal yarımkürəsindəki ölkələrdə yanvar, fevral və ya mart aylarında evlənməklə bağlı toy məsrəfləri azaldıla bilər.

Bu durum büdcədən də artığına təsir edə bilir. Amerikada 3000 cütlüklə keçirilən araşdırmada toy məsrəfi olan cütlüklərin evliliklərinin daha uzun davam etmə ehtimalı olduğu görüldü.

 

Aprel: hamilə qalmaq üçün ən yaxşı ay

Uşaq sahibi olmaq hər bir cütlüyün arzusudur. Bu məsələdəki ən önəmli faktorlardan biri də kişilərin sağlamlıq, aktivlik durumudur. Bunun üçün sperma sağlamlığı və miqdarı önəmli detal sayılır. Bunların ən yüksək səviyyədə özünü göstərdiyi dönəm isə bahar aylarıdır. Amerikada hər 29 min kişi üzərində 17 il boyunca aparılan cinsi aktivlik testləri sübut edib ki, onlar daha çox yaz aylarında pik həddə olurlar.

İsveçrədə 12 min kişi üzərində həyata keçirilən başqa bir araşdırmada isə kişilərin baharda daha aktiv, yayda isə bu göstəricilər üçün passiv olduğu üzə çıxıb.

 

May: önəmli qərarlar üçün ən yaxşı ay

Yanvar ayında cənub yarımkürədə həyata dair önəmli qərarların alındığı bir ay sayılır. Amma araşdırmalar bunun yaxşı bir dönəm olmadığını göstərir. Belə ki, qış aylarında əhalinin 10 faizə yaxını mövsümu depressiyadan əziyyət çəkir.

Əhvalımız pis olanda riskdən qaçma cəhdi güclənir. Ciddi nəticələr doğura biləcək qərarlar baxımdan bu dönəm yaxşı ola bilər. Amma riskdən qaçmaq qərar qəbul etməyi çətinləşdirəcəyi kimi, tərəddüd dolu bu reaksiya da məntiqli olmaya bilir.

Depressiv ruhi halı insanı tərəddüdə və qərarsızlığa sürükləyir və düzgün seçim etməsinə mane olur. Bu səbəbdən də bir çox qərarlar baxımdan bəlkə də günlərin uzandığı və daha pozitiv bir ruh halının olduğu may kimi bir ayı gözləmək daha doğru ola bilər.

 

İyun: xəstəxanaya getmək üçün ən yaxşı ay

Xəstələnmək heç bir zaman yaxşı deyil, əlbəttə… Amma bəzi aylar digərləri ilə müqayisədə daha pis ola bilər. Qış ayları xəstəxanaya getmək üçün ən pis zaman olsa da, iyul və avqust kimi yeni məzun həkimlərin xəstəxanaya axın etdiyi dönəmlərin daha riskli ola biləcəyini göstərən faktlar da var.

Aylar ile ilgili görsel sonucu

İngiltərədə təcili yardım xidməti xaricində vaxt alaraq edilən xəstəxana ziyarətləri və əməliyyatların baş verdiyi aylar noyabr, fevral və martdır. Dünya miqyasında da qış ayları bir çox xəstəliyin pik həddə çatmasına görə insanların xəstəxanalara daha çox gəldiyi aydır. Bunlar arasında soyuqdəymə, astma və infarkt yer alır. Xəstəxanaların yataq potensialı dolduğu üçün boş yataq tapmaq ehtimalı azalır, təcili yardımda isə daha uzun müddət gözləmək lazım gəlir.

Kaliforniyada həyata keçirilən bir araşdırma isə yeni həkimlərin iş həyatına qatıldığı və rolların hələ dəqiqləşmədiyi yay dönəmində qarşısı alına bilən fəsadlara məruz qalma riskinin 90 faiz artdığını ortaya qoyub. Amerikada da universitet xəstəxanalarında iyul-avqust dönəmində əməliyyat olan xəstələrin aprel və iyunla müqayisədə 30 gün içində ölmə riskinin 41 faiz artdığı qeyd edilib.

Həkimlərin dekabr ayında tətilə çıxma ehtimalı artdığı üçün həmin ayda da “iyul təsiri” özünü göstərir. Ona görə də xəstəxanaya getmək üçün ən uyğun ay iyun kimi görünür.

 

İyul: imtahan üçün ən uyğun zaman

Bir çoxumuz imtahana girəcək vaxtı özümüz seçə bilmirik. Amma elə bir şans varsa və imtahanda yüksək diqqət lazımdırsa, yayın ortası ən yaxşı zamandır.

Bir araşdırmada beyin aktivliyi və elmi bacarıqların il ərzində müəyyən bir qrafik üzrə hərəkət etdiyi üzə çıxıb. 28 gənc ilin fərqli zamanlarında testdən keçirildikləri zaman diqqətin ən həssas olduğu dönəmin yay ortası olduğu, qış da isə ən pis səviyyədə olduğu müəyyən edilib.

Amma qısamüddətli yaddaş baxımdan ən yaxşı performans payızda, ən pisi isə baharda özünü göstərir. Günün uzunluğu beynin funksionallığına təsir edir, amma araşdırmaçılar bunun necə işləməsi haqqında böyük məlumata sahib deyillər.

Amma fəsillərlə funksional bacarıqlar arasındakı əlaqəni araşdıran digər araşdırmalarda fərqli nəticələr də əldə edildi. 13-19 yaş arası 182 norveçli gənclə aparılan araşdırmada fəsillərin yaddaş, öyrənmə, reaskiya müddəti və ya problem həll etmə bacarığı üzərində hər hansı bir təsiri olmadığı nəticəsinə gəlinib.

 

Avqust: ev almaq üçün ən yaxşı ay

Amerikada ev satın almaq üçün ən populyar dönəm yaz aylarıdır. Aprel, may və iyunun evlərin satış üçün bazara ən çox girdiyi aylardır. Beləcə, alıcının daha çox seçimi olur. Amma alıcı sayı daha yüksək olduğu üçün ev qiymətləri də artır. Ən yüksək qiymətlər aprel ayında özünü göstərir.

Amerikanın 50 böyük şəhərində 2014-2016-cı illərdə ev qiymətləri araşdırılanda ən aşağı qiymətlərin yanvar və fevral aylarında olduğu görünüb. Amma bunda evin böyüklüyü və ya keyfiyyəti kimi başqa təsirlərin ola biləcəyi də qeyd edilir.

Mütəxəssislər qiymətlərin daha aşağı olması və variantların çoxluğu səbəbindən satın alacaq evə baxmaq üçün ən uyğun zamanın avqust və sentyabr ayları olduğunu deyir.

 

Sentyabr: doğulmaq üçün ən yaxşı ay

Doğum günümüzü seçmə şansımız yoxdur. Amma qadınlar hamiləliyini ən incə detalına qədər düşünürsə, sentyabrda uşaq dünyaya gətirəcək şəkildə plan qura bilər. Çünki ad günü sentyabrda olan insanlar daha şanslıdılar.

Araşdırmaçılar sentyabrda dünyaya gələn uşaqların imtahanlarda daha çox uğur qazandığını və ən yaxşı universitetlərə daxil olma şanslarının daha yüksək olduğunu göstərir.

Amerikada 100 yaş və ondan böyük 1600 nəfərlə aparılan araşdırma sentyabr-noyabr ayları arasında dünyaya gələn insanların 100 yaşına qədər yaşamaq şansının artdığını və irəliləyən yaşlarda ürək xəstəlikləri, diabet də daxil olmaq üzrə daha az sağlamlıq problemləri yaşadığını ortaya qoyur.

 

Noyabr: pasport, viza üçün ən yaxşı ay

İlk pasport və ya yeniləmə məqsədli müraciətlərə tələb artan zaman bu prosedur daha çox vaxt alır. Amerika və İngiltərədən alınan məlumatlara görə, noyabr və dekabr aylarında daha az sayda müraciət edildiyini göstərir. Yay tətili hazırlıqları tez başladığı üçün rəqəmlər yanvar ayında artım göstərir.

 

Dekabr: birjalarda səhm almaq üçün ən yaxşı ay

Səhm sənədlərinin may-dekabr ayları arasında daha zəif performans göstərdiyi, noyabr-aprel arasında isə gücləndiyinə dair geniş yayılan bir fikir var. Bu inanca görə, baharda səhmləri satmaq, dəyərləri yüksəlməyə başlamadan öncə, payızda da satın almaq lazımdır.

1998-ci ildə həyata keçirilən və yüz illər öncəsinə qədər uzanan bir araşdırma bu inancın bazarda özünü doğrultduğunu göstərib. Qışın sonunda bazarlar normala döndüyü zaman bu səhmlərin faydası da yüksək olur.

Amma səhmlərə təkcə mövsümi dəyişikliklər təsir etmir. Yanvar ayının təsiri, tətilin təsiri, ay sonu təsiri və sair kimi təsirlər də kiçikmiqyaslı səhmlər üzərində özünü göstərir. Bu səbəbdən də buradakı məlumatlar səhm alqı-satqısı məsələsində tövsiyə kimi daha təsirli olmaya bilər.

Əvvəllər Amerikada maşın satışları mart və may aylarında zirvədə olurdu. Amma 2009-cu ildən bu yana dekabr ayı qabağa keçib. Bu ay maşın satışları aylıq satış faizindən 13 faiz artıqdır.

Bunda il sonu endirimlərinin payı olduğunu düşünənlər var. Amma Amerikada maşın satışı firmakları hədəflərini gerçəkləşdirmək və yeni maşınları satışa çıxarmaq üçün ilin sonuna doğru qiymətlərdə endirimə gedir. Bu endirimlər istehsalçının tövsiyyə etdiyi qiymətdən orta hesabla 6.1 faiz daha ucuz olur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir