xeyanet

Hansı kişilər xəyanət edir?

Baxış sayı: 1. 306

Kişilərin niyə aldatdığı qadınlar üçün hər zaman maraqlı mövzu olub. Xəyanət edən kişi profilini tanıyaraq necə kişilərin aldatdığı sualına cavab tapa bilərsiniz.

Xəyanət sağlam bir davranış olmadığı kimi bir sıra əskikliklərin də təsiri olur. Kişilərin aldatmasının səbəbi özlərini aciz hiss etmələri və özlərini sübut etmək istəklərindən irəli gəlir.

Kişilərin aldatmağında sosial faktorların rolu böyükdür. “Kişi xəyanət edər” kimi cəmiyyətdə formalaşan yanlış fikirlər də təsir edir. Xəyanət edən kişilər narsistik şəxsiyyət pozğunluğundan əziyyət çəkir. Nə qədər normal göstərilməyə çalışılsa da kişilərin xəynəti və bunu vərdiş halına gətirməkləri normal davranış deyil.

Bütün qadınlar xəyanət edən kişiləri ilk baxışda tanımağı istəyər, ancaq aldadan kişilərin vacib xüsusiyyəti bunu yaxşı gizlədə bilməkləridir. Daha əvvəl aldatmış kişilər aldatmağa hər zaman daha yaxındır. Xəyanətkar kişilər qarşı tərəfi bu mövzuda həssas olduqlarına inandırırlar. Onların digər özəlliyi qarşı tərəfi özü kimi bilib, onun da xəyanət edə biləcəyini düşünüb, həddən artıq qısqanmalarıdır.

Xəyanət edən kişi deyəndə iki tiplə qarşılaşa bilərsiniz. Bəziləri davranış problemlərini açıq şəkildə bəlli edir, bəziləri isə olduqca düzgün, güvənilən insan tipi kimi görünür. Yəni, hər iki halda da problem ola bilər. Çox diqqət göstərən, qısqanan kişi də xəyanət edə bilər, heç qayğı göstərməyən, sizi dəyərsiz hiss etdirən kişi də.

“Necə kişilər xəyanət edir?” sualının cavabında aldatmağın xarakterin bir hissəsinə çevrilmiş kişilərin olduğunu deməkdə fayda var.

xeyanet

Psixoloqlar xəyanət edən 4 insan tipini müəyyən etməyə çalışıb. Nəticələr isə aşağıdakı kimidir.

1) Əvvəl xəyanət etmiş insanlar

2) Pulu olan kişilər və pulu olmayan qadınlar

3) Narsistlər

4) Sosial mediada ekstrovert olan şəxslər

Kişilərin aldatmağının normal olduğunu demək anormal düşüncədir. Xəyanət həm kişidə, həm də qadında rast gəlinən psixoloji və davranış problemi olaraq qəbul edilir. Bir şəxslə münasibətdə olarkən başqasından xoşu gəlmək təbii ola bilər, ancaq münasibətdə olduğun şəxsi aldatmaq normal xarakterə xas olan davranış deyil.

Kişilərin aldatma səbəbi insanlardan və münasibətlərdən asılı olaraq dəyişir. Amma xəyanət təbii qəbul edilməməlidir, bu ciddi problemdir.