kitab oxumaq

Hansı kitabları oxumaqla arzusunda olduğunuz işi tapa bilərsiniz?

Baxış sayı: 917

“Зарплата.ру”nun apardığı araşdırmaya görə, “Mən həyatımın işi ilə məşğul olurammı?”, “Ürəyimcə olan işi necə tapa bilərəm?” kimi sualları cavablandırmağa kömək edəcək 4 kitabın adı bəlli olub.

 

1. Tristram Houli və Korin Qrant. “Sizi işə götürdülər! Təcrübə olmadan xəyallarının işini necə əldə etmək olar”

Bu kitab tələbələr və universitet məzunları üçün iş axtarış bələdçisidir. Yəni potensialınızı necə üzə çıxara biləcəyiniz, məzun olduqdan sonra nə etməli olduğunuz, əmək bazarında rəqabət üstünlüklərini hansı yollarla qazanmaq və karyeranızı başlamaq mövzusunda təlimatlandırır. Bəli, iş təcrübəsi olmadan da uğur qazana bilərsiniz!

Həyatda nə edəcəyinizi hələ dəqiq bilmirsinizsə, kitab özünüzü dərk etməyə və şüurlu seçim etməyə kömək edəcək. Artıq qərar verənlər üçün isə bu, karyera planlarını həyata keçirməyə yol göstərəcək.

 

2. Ceffri C. Foks. “CV göndərməyə tələsməyin. Arzuladığı işi tapmaq istəyənlər üçün qeyri-ənənəvi məsləhətlər!”

Xəyallarının işi tapmaq ikiqat çətin işdir. Kitabın müəllifi onu axtarmağın yeni, qeyri-ənənəvi üsulunu təqdim edir. O, hesab edir ki, CV-ni sadəcə göndərmək kifayət deyil. Şirkətlərin araşdırılması, işə götürmək barədə qərar qəbul edənlərin dairəsinin dəqiqləşdirilməsi, məktublar yazılması və müsahibəyə hazırlıq da daxil olmaqla bir plan və bir sıra marketinq tədbirlərinə ehtiyacımız var.

Lakin ən vacib olan kütlədən seçilmək və özünü “satmaq” bacarığıdır. Buna görə də CV-dən əvvəl “zərbə” məktubunu göndərin. CV-siz. Qəribə səslənir, elə deyilmi? Bu planı necə həyata keçirmək olar? Cavablar kitabda göstərilib.

 

3. Ken Robinson. “Öz təyinatını tapmaq. Əsl istedadını üzə çıxarmaq və həyatına məna qazandırmaq”

Bütün dövrlərin ən populyar TED konfransı spikeri – Ken Robinsondan praktik təlimat. Hal-hazırda hansı yaşda və həyat yolunuzun hansı hissəsində olmağınızdan asılı olmayaraq, bu kitabın köməyi ilə nələrə meyl etdiyinizi, hansı işin könlünüzcə olduğunu müəyyənləşdirəcəksiniz.

Kitabın içərisində təyinatınızı tapmaq üçün fikirlər, məsləhətlər, üsullar və qaydalar, real şəxslərə aid hekayələr və nümunələr var. Hər fəsildə müəllif tərəfindən verilmiş tapşırıqları ardıcıl olaraq yerinə yetirməklə özünüzü daha yaxşı anlayacaqsınız. Bu isə istədiyiniz işi tapmaq və həyatın mənasını dərk etmək üçün mütləqdir.

Hansı kitablar xəyallarınızın işini tapmağa kömək edə bilər?
4. Stefen Kovey və Cenifer Kolosimo. “Uğurlu Karyera qaydaları”

Bu kitab izdihamdan fərqlənmək, zövq aldığı işlə məşğul olmaq istəyənlər üçün əsl təlimatdır. Kitab sizə hər hansı bir işi görkəmli bir işə çevirməyi, sizin üçün işləyəcək və digərlərinin içində it-bat olmayacaq bir CV hazırlamağı öyrədir. Mükəmməl iş yeri tapmaqla yanaşı əvəzolunmaz əməkdaş olmaq istəyən hər kəs üçün faydalı olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir