toy

Hansı mövsümə hansı gəlinlik uyğundur?

Baxış sayı: 2. 178

Hər mövsümün havası, işığı, modası fərqlidirsə, gəlinlik modelləri də fərqli olmalıdır.

Parlaq bir yay gəlini ilə məsum payız gəlininin geyinəcəyi gəlinlik, modelindən rənginə, parçasından aksesuarına qədər müxtəlif cizgilərdədir.

Yaz Gəlinləri
Yeni həyatınıza ilk addımları bir bahar toyu ilə atırsınızsa, gəlinliyinizi atlas, şifon ya da tül kimi parçalarla dizayn olunmuş sadə gəlinlik modellərindən seçə bilərsiniz. Toyunuzda bahar yağışına yaxalanma ehtimalı təxminən yüzdə otuz olduğuna görə gəlinliyiniz həm açıq həm bağlı məkanda istifadə edə biləcəyiniz bir stildə olmalıdır. Açıq çəhrayı, pudra tonları, dəri rəngi və daş rəngi kimi pastel rəngləri istər gəlinliyinizin öz parçasında, istərsə də, aksesuarlarında istifadə oluna bilər.

Yay Gəlinləri
Yay gəlinləri hərəkət rahatlığını təmin edən, çox ağır olmayan, beli açıq və ya dekolte gəlinliklərdən istifadə edə bilərlər. Aksesuarlarda isə yayın canlı rənglərindən istifadə ideal görüntü yarada bilər.

Payız Gəlinləri
Payız gəlinləri atlas, ipək və güpür kimi parçalardan hazırlanmış qollu gəlinlik modelləri seçə bilərlər. Payız gəlinliyinizin aksesuarı mirvari olarsa füsünkar görünə bilərsiniz.

Qış Gəlinləri
Qollu modeller, dantelli qat-qat modellər qış gəlinləri üçün gözəl seçim olar. Bağlı məkanda təşkil edilmiş toyunuzda gəlinliyiniz ağ olmasına baxmayaraq aksesuarlarınızda qış rənglərindən istifadə etməyə çəkinməyin. Bordo bir qurşaq, tünd qırmızı güllerle hazırlanmış bir gelin buketi və s. kimi iddialı detalları son illərin gəlinlik trendləri arasında görürük.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir