masin

Hansı ölkədə hansı avtomobili sevirlər? – ARAŞDIRMA

Baxış sayı: 1. 501

Təbii ki, müxtəlif ölkələrdə fərqli avtomobil modelləri məşhurdur.

“Gencaile.az” xəbər verir ki, Britaniyanın “Park Indigo” şirkətinin ekspertləri tədqiqat keçirərək, dünyanın müxtəlif ölkələrinin avtomobil bazarlarında ən çox satılan, dolayısıyla həmin ölkədə ən çox sevilən maşınların adlarını açıqlayıblar.

Britaniyalılar özlərindən başlayıblar və aydın olub ki, “Volkswagen Golf” Böyük Britaniyada ən məşhur avtomobil modelidir.

Tədqiqata görə, “Ford F-150” pikapı ABŞ-da tələbatı ən çox qiymətləndirilən maşın hesab olunub. Maşın ilk dəfə 1948-ci ildə buraxılıb. Bu illər ərzində avtomobilin bir neçə modifikasiyası yaradılıb.

“Toyota Hilux” 25 ölkədə satışlara başçılıq edir. Maşın Argentina, Avstraliya, Honduras, Oman və Cənubi Afrikada yüksək tələbatlıdır.

“Volkswagen Golf”a həmçinin Belçika, Almaniya və Norveçdə də üstünlük verirlər.

“Toyota Land Cruiser” Qətər və Papua-Yeni Qvineya da daxil olmaqla 7 ölkədə populyarlığa görə liderdir.

Rusiya bazarlarına “Hyundai Solaris” liderlik edir. Bu ölkədə avtomobil təxminən 90 min pərəstişkar tərəfindən alınıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir