aile

Hansı ölkədə valideyn olmaq daha sərfəlidir?

Baxış sayı: 1. 156

Bir çox ölkələr yeni uşaq sahibi olan valideynlərə dövlət dəstəyi göstərməklə bərabər onlara məzuniyyət hüququ verir. Bu mövzuda dünyanın aparıcı ölkələri xüsusi ilə seçilməkdə olub, ildən-ilə valideyn namizədlərinə bu işdə yaxından köməklik göstərməkdədir.

Bu yazıda sizə İngiltərə və İsveçdə analıq məzuniyyətinə çıxan qadınlara dövlətin maddi tərəfdən göstərdiyi dəstək proqramı haqda məlumat verəcək.

Bildiyiniz kimi hər ikisi inkişaf etmiş və həyat standartları yüksək olan ölkələrdir. İsveç bu mövzuda İngiltərəni də üstələməkdədir. İngiltərədə analıq məzuniyyəti 39 həftə təşkil etməkdədir və ilk 6 həftə keçdikdən sonra ana namizədlərinə ödənilən pulun bir qismi kəsilir. İngiltərədə bu baxımdan bir çox valideyn namizədləri sistemdən razı olmadıqlarını vurğulayırlar. Əslində onların bu etirazlarının haqlı tərəfləri də mövcuddur. Məsələn, İngiltərədə 33 həftə ərzində hər həftə üçün valideynlərə 145 funt sterlinqə qədər ödənildiyi halda İsveçdə 56 həftə olmaqla hər həftə valideynin işlərkən aldığı maaşın 80% yaxud 588 funt sterlinqə qədər pul ödənilir. Bundan əlavə İsveçdə atalara da 90 günlük məzuniyyət haqqı verilir və bu vaxt maaşı tam olaraq ödənilir.

Bundan əlavə İngiltərədə uşağın tibbi müayinəsinə görə 920 funt sterlinq xərc tələb olunduğu halda İsveçdə bu məbləğ 0-119 funt sterlinq arasında dəyişir. Məlumat üçün bildirək ki, belə qiymətləndirmə İngiltərədə 40 günlük, İsveçdə isə bir aylıq uşaq tibbi baxımı üçün nəzərdə tutulmuş məbləğdir.

Lakin İsveçdə uşaq dünyaya gətirmək fikriniz varsa, onu da qeyd edək ki, İngiltərədə sizin gəlirinizin maksimum 45%-i vergi olaraq alınırsa, İsveçdə bu rəqəm 57% təşkil edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir