ev_dekorasyonunda_renklerin_etkisi_6627238_30a1fe2c0fdf07b1ef5f7ab565aa1959

Hansı otaqlarda hansı rəng seçimlərinə üstünlük verilməlidir? – “EVİN İŞİ”

Baxış sayı: 2. 453

Rəng seçimi mənzilin dekorasiyasında vacib rol oynayan amillərdən biridir. Elə isə evin dekorasiyasında rəngin təsiri nədir? Hansı otaqlarda hansı rəng seçimlərinə üstünlük verilməlidir? “Gencaile.az” saytının “Evin işi” rubrikasında bu dəfə ev dekorasiyasında rənglərin təfsilatları haqqında maraqlı məlumatları təqdim edirik.

 

Qara

Ən güclü rəngdir. Eyni zamanda sadə və şuxluğu ilə diqqət cəlb edir. Yataq və qonaq otaqları üçün qara rəng cansıxıcı ola bilər. Buna görə də qara rəngi daha çox iş otağınız üçün seçin. Qara rəng və qara rəngli mebellər istifadə etdiyiniz otaqlarınızda işığın bol olmasına çalışın.

 

Ağ zərif və sakit rəngdir. Parlaq və cəlbedici bir otaq dekorasiya etmək istəyirsinizsə, ağ bunun üçün yaxşı rəng olmaya bilər. Sadə və rahat ab-hava yaratmaq istəyirsinizsə, bu rəngə müraciət edin.

 

Bənövşəyi

Bənövşəyi cinsi istəyi artırdığı üçün yataq otağına məsləhət görülür. Müasir dekorasiya ilə sintezdə bənövşəyi rəng arzuediləndir. Xüsusən də boz rənglə uyumu vazkeçilməzdir.

 

Mavi

Mavi hava və su ilə bağlı olduğu üçün soyuq bir rəngdir. Daha çox hamam otağında istifadə edilir. Mavi və göyün yumşaq tonları hamam otağı dekorasiyası üçün çox uğurlu seçimdir. Berj və ağ rənglərlə kombinasiyası şux ab-hava yaradır.

 

Yaşıl

Yaşılın təzəliyi və canlılığı ilə çox az rəng yarışa bilər. Eyni zamanda olduqca sakitləşdirici və rahatladıcı təsiri var. Yataq və qonaq otağınız üçün yaşıl rəngdən çəkinmədən istifadə edə bilərsiniz.

 

Qəhvəyi

Sadə, real və həqiqi bir atmosfer yaratmaq istəyirsinizsə, qəhvəyidən daha yaxşı rəng ağlınıza gəlməsin. Təbii atmosfer yaratmaq istəyirsinizsə, isti və sərt qəhvəyindən faydalanın. Bu rəng sakitlik, güvən və rahatlıq hissi bəxş etdiyindən xüsusən də kişilər üçün idealdır.

 

Qırmızı

Şübhəsiz ki, qırmızı ehtiras və enerji rəngidir. Qonaq otağı kimi mənzilin ən çox istifadə edilən otaqları üçün gözəl seçimdir. Lakin qırmızıdan istifadə edərkən həddini aşmaq məsləhət görülmür.

 

Çəhrayı

Çəhrayı daha çox qızların sevimli rəngi kimi tanınır. Buna görə də çox adamın ağlına gəlmir. Çəhrayının sizin mənzilinizi olduqca təzə və zəngin göstərəcək bir çox tonları var. Bu rəng daha çox uşaq otaqları üçün məsləhət görülür.

 

Narıncı

İsti və əyləncəli hiss bəxş edən narıncı insana xoşbəxtlik duyğusu bəxş edir. Eyni zamanda iştah açır. Qonaq otağında istifadə etsəniz, qonaqlarınız özünü evlərindəki kimi hiss edəcək. Mətbəx və qonaq otaqları üçün ideal rəngdir.

Sarı

Bu, əyləncəli və parlaq rəngin ara rəng olaraq istifadəsi daha uyğundur. Sarı rəngli xalılar, mebellər və dekorasiyalar gözə xoş gəlsə də, divarlarınızı sarıya boyamaq heç də yaxşı fikir deyil.

 

Hazırladı: FATEH




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir