Geyim

Hansı paltarlar sizi daha kök göstərir? – XANIMLARIN MENYUSUNA

Baxış sayı: 150

Bəzən geyindiyimiz paltarların naxışından, formasından asılı olaraq daha kilolu görünürük. “Gencaile.az” “Ailem.az”-a istinadən sizi daha kök göstərəcək paltarlarla bağlı məlumat verir.

 

Toxunma paltarlar

Bu cür paltarlar çox gözəl olsa da, istifadəsi çətin paltarlardır. Əgər bir az kilolusunuzsa, bu cür paltarlardan uzaq durmalısınız.

 

Hündür yaxalı geyimlər 

Xüsusilə də qısa boylu xanımların hündür yaxalı paltar geyinməsi bədənlərini daha qısa göstərəcək, həm də boyun və çiyin cizgisini yox edəcək.

 

Rəngli şalvarlar

Rəngli şalvarlar, adamı olduğundan daha kilolu göstərir. Kilolarınızdan şikayətçisinizsə, belə şalvarlardan uzaq durun.

 

Yüksək belli dar şalvarlar

Bu tip şalvarlar bel nahiyəsində artıq çəkisi olan xanımlar üçün məsləhətli seçim deyil.

 

İri naxışlı uzun paltarlar

 

Kilolu bir qadının geyinməməli olduğu modellərdən biridir. Rənglər, parça çoxluğu sizi daha kilolu göstərəcək. Bunun əvəzinə tək rəng uzun paltarları, ya da diz üstündə çox dar olmayan ətəkləri seçməlidirlər.

 

“Vadalazka”

Əgər kilolarınızdan şikayətçisinizsə, “vadalazka”lardan da uzaq durun.

 

Həddindən çox boyunbağı

Sinəsi iri olan qadınlar qətiyyən qalın boyunbağı taxmamalıdırlar. Bunların əvəzinə daha zərif boyunbağılardan istifadə etmək lazımdır.

 

İri naxışılı paltarlar

Xüsusilə milli və çiçək naxışlı paltarlar kilolu xanımların seçimi olmamalıdır. Əgər mütləq geyinmək istəyirlərsə, tünd rəngli geniş ətəkli bir şalvarla kombinləyə bilərlər.

 

Naxışlı corablar

Bu corabları daha incə ayaqlara sahib olanlar geyinməlidir. Əks təqdirdə naxışlar ayaqlarınızı olduğundan daha qalın göstərəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir