pendir

Hansı pendir daha faydalıdır?

Baxış sayı: 148

Pendir çox faydalı məhsuldur. İlk növbədə pendir kalsiumla zəngindir. 100 qr pendirdə 1 qr kalsium var.

Pendir uşaqların, hamilə qadınların və yaşlı insanların qidalanmasında mütləq olmalıdır. Bu qrup insanlara kalsium xüsusilə lazımdır.

Pendirin müxtəlif növləri var: bərk və yumşaq pendir, kifli pendir. Tərkibində kalsiumun olmasına görə ən faydalı pendir bərk pendir (holland pendiri və s.) sayılır.

Daha sonra kifli pendir gedir. Bu pendirin xüsusi növüdür. Ən tanınmış kifli pendirlərlərin arasında – bri, kamamber, rokfor və s. Kifli pendir çox faydalı sayılır. Belə hesab olunur ki, bu pendir iltihabəleyhinə təsirə malikdir, həzm prosesləri yaxşılaşdırır, bəzi xərçəng xəstəliklərinin (xüsusilə dəri xərçəngi) riskini azaldır. Lakin diyetoloqlar bu pendiri az miqdarda yeməyi tövsiyə edir. Uşaqlar və hamilə qadınlar üçün kifli pendir ziyanlıdır.

Yumşaq pendirdə (feta və s.) bərk və kifli pendirlə müqayisədə kalsiumun miqdarı daha azdır. (Saglamolun.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir