dis

Hansı plomblar orqanizm üçün TƏHLÜKƏ mənbəyidir?

Baxış sayı: 1. 651

Uzun illər ağızda amalgam adlı plomblarla yaşamaq insan həyatı üçün olduqca təhlükəlidir. Tərkibində bir çox metal qırıntıları olsa da, gümüş metal daha çox olduğuna görə amalgam adlandırılan plombun daxilindəki gümüş, qalay, sink və s. metallar xüsusi qarışdırıcı sistemdə civə ilə sintez olunaraq yumşaq xəmir formasında maddə əldə edilir. Bu növ plombun 70 faizi gümüş, 23 faizi qalay, az miqdarda isə sinkdən və civədən ibarətdir. Bu daha sonra dişə qoyularaq bərkiməsi üçün bir neçə saat gözlənilir. Xüsusilə də azı dişlər üçün istifadə edilən ən yaxşı plomb maddəsi hesab edilir.

Amalgam plombun tərkibindəki civə səhhəti təhdid edən zəhərdir. Əsəb və həzm, immun sisteminə, ağciyər və böyrəyə mənfi təsir göstərir, miqren yaradır. Hamilə qadınlara isə xüsusilə təhlükəlidir. Çünki ana bətnində olan körpə bundan təsirlənir. Uşaqlarda həzm sistemini pozaraq, dəridə çoxlu fəsadlar törədə bilir.

Belə plombların çıxardılması isə qoyulmasından daha çətin və əziyyətlidir. Amalgamın vücuddan çıxarılmasını istəyən şəxs xüsusi vitaminlər qəbul etməlidir.

Amalgam plomb, çox dayanıqlı və sərfəli olsa da, estetik görünüş cəhətdən də gözəl görünmür

Azərbaycanda da bu növ plomblardan istifadə edənlər var.

Məsələ ilə bağlı danışan stomotoloq Mircavid Babayev bildirir ki, amalgam plomblara ölkəmizdə tələbat azdır. O bunu sığorta sisteminin olmaması və dişlərin estetikasını pozması ilə əlaqələndirir:

“Diş rəngi ilə müqayisədə qaradır. Türkiyədə və Almaniyada bundan istifadə edirlər. Sığortalı vətəndaşlara amalgam plomblar qoyulur, əlavə ödəniş etdikdə isə kompozit (hazırda istifadə etdiyimiz diş rəngində plomblar, resin based) istifadə edilir”.

Azərbaycanda amalgamlardan bəzi poliklinikalarda istifadə edildiyini bildirən stomotoloq, özəl klinikalarda demək olar ki, heç tətbiq edilmədiyini vurğulayıb.

“İrandan, Türkiyədən, Almaniyadan, Fransadan, Taylanddan gələn pasiyentlərdə daha çox görürəm. Sığorta sistemi ilə işləyən əksər ölkələrdə istifadə edildiyinə şahid olmuşam”, – deyə Babayev qeyd edir.

Belə plomblar uzun illər vücudda qaldığı üçün orqanizmdə metal toplusu yaranır ki, bir sıra xəstəliklərin yaranması qaçılmazdır. Amalgam plomb etdirən və sözügedən şikayətlərlə gələn 160 xəstə üzərində araşdırmalar aparılıb. Onların dişlərindən bu plomblar çıxarılıb. Pasiyentlərin şikayətlərinin düzəlib düzəlmədiyi yoxlanılıb. Məlum olub ki, çıxarıldıqdan 2 il sonra xəstələr onlarda olan bu narahatlıqların qalmadığını bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir