KORONAVIRUS

Hansı qan qrupları koronavirus infeksiyasına daha həssasdır?

Baxış sayı: 791

İspaniyanın Barselona Universiteti ilə Braziliyanın Kampinas Universitetinin tədqiqatçıları 126 ölkədəki məlumatlara əsaslanaraq qanda mənfi rezus faktorunun koronavirusa yoluxma ehtimalına necə təsir etdiyinə dair araşdırmalar aparıb.

Alimlər mənfi qan qruplarının xəstəliyə daha həssas olduğunu bir daha müəyyən edib.

Tədqiqatçılar araşdırma nəticələrinə əsaslanaraq yoluxma sayının yüksək olduğu ölkələrdə mənfi rezus faktorunun səciyyəvi olduğunu qeyd edib. Bildirilib ki, dünyada mənfi resuz faktoru olan insanların göstəricisi təxminən 8%-dir. Lakin Avstraliya, Avstriya, Braziliya, Yeni Zelandiya, İspaniya, Böyük Britaniya, İsveçrə kimi ölkələrdə 17-19% -ə yaxındır. Bundan əlavə, yoluxmaların çox olduğu ABŞ-da vətəndaşların 15%-də mənfi qan qrupu faktoru var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir