dis

Hansı qidadan sonra dişləri fırçalamaq ziyandır?

Baxış sayı: 1. 435

Sağlamlıq mövzusunda danışılan zaman diş sağlamlığı ən çox müzakirə olunan mövzulardan olur. Hansı hallarda dişlərin sağlamlığına zərər vurduğumuzu düşünəndə ilk olaraq ağlımıza şəkər tozu ilə zəngin olan qidaların qəbulunu gətiririk, amma ABŞ alimlərinin apardığı araşdırmalar diş sağlamlığına zərərli olan xeyli məqamlara aydınlıq gətirib. Başqa sözlə, Borləşmiş Ştatların alimləri dişlərin bir neçə “düşməni”ni müəyyənləşdirib.

“Gəncaile.az”ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə araşdırmalar dişləri möhkəm fırçalamağın diş sağlamlığına çox zərərli olduğunu ortaya qoyub. Bundan başqa, insanın yuxuda olarkən dişlərini qıcaması, həddindən artıq kofe və çay, həmçinin qazlı və spirtli içkilərin içilməsi də diş sağlamlığının əleyhinədir.

Diş sağlamlığı ilə bağlı ən daha bir maraqlı məqam isə meyvə yedikdən sonra dişlərin fırçalanmasının diş sağlamlığına zərbə vurmasıdır. ABŞ alimlərinin qənaətinə görə, meyvə yedikdən sonra dişlər çox həssaslaşdığından dərhal sonra dişlərin fırçalanması heç də faydalı deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir