bal

Hansı rəngdə bal daha faydalıdır?

Baxış sayı: 1. 206

Balın müxtəlif növləri mövcuddur. Bu onun hazırlandığı bitkidən asılıdır. Balın rəngi açıq sarıdan tünd qəhvəyiyə kimi ola bilər.

Bəs hansı rəngdə bal daha faydalı sayılır?

İrlandiya alimləri bu mövzuda araşdırma aparıb. Alimlər balın rəngi ilə onun faydalı xüsusiyyətinin əlaqəsini araşdırıblar.

Mütəxəssislərin fikrinə görə, daha tünd rəngdə olan bal növləri faydalı xüsusiyyətlərinə görə digər bal növlərini üstələyir. Onun tərkibində mineral, antioksidant və zülal birləşmələri daha çoxdur. Tünd balın bir üstünlüyü də vardır ki, onu saxtalaşdırmaq mümkün deyil.

Tünd rəngli balın növləri bunlardır:

– qarabaşaq balı – qanazlığı zamanı faydalıdır

– kasnı balı – ürək və damarların sağlamlığını qoruyur

– şabalıd balı – qalxanvari vəzinin dostudur




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir