sevgi

Hansı sevgili tipini daha tez tapmaq olar? KARMA SİRLƏRİ

Baxış sayı: 1. 141

Cütlüklərin münasibətləri həmişə əməkdaşlıq ittifaqıdır. Və tez-tez insanlar həyatımıza müəyyən məqsədlə daxil olur.

İdeal münasibətlərə inanırsınız? Bəs dünyanın harasındasa məhz sizi tamamlayan, qismətiniz olduğuna inandığınız birinin var olmasına? Hansı ki, sadəcə sevgi mərhələsində deyil, ömrünüzün sonuna qədər onunla uzun illər eyni istiqamətdə hərəkət etmək olar… Hansı ki, uzaqda olmasına baxmayaraq fikirlərini oxuya bilirsiniz…

Karma qanunlarına əsasən həqiqətən qismətimiz ola biləcək və ya ruh əkizimiz olan adam mövcuddur. Amma onunla bərabər müəyyən əlavə öhdəlikləri olan 4 sevgili tipi də saymaq olar. Karma qanunları deyir ki, heç kim həyatımıza səbəbsiz daxil olmur, məsələn, nəsə öyrətmək, potensialımızı üzə çıxarmaq və ya hansısa məqsədlə gəlirlər. Odur ki, bu nəzəriyyə əsasında həyatınızda olan insanların vəzifələrini təyin edə bilərsiniz.

Bu yazıda oxucularımıza həyatımıza daxil olan insanların bizə keçdiyi karma dərslərindən bəhs etmişik.

 

1. İnsan – Kometa

Bu çox parlaq, lakin qısamüddətli əlaqədir.

Məqsəd: Ömrünüz boyu xatırlayacağınız bir şüa kimi. Bu sevgili tipinin məqsədi içinizdəki bir şeyi qarışdırmaq, təşviq etmək, açmaq, yenidən inşa etməkdir.

Məsələn, münasibətinizi nə bitirə bilir, nə də ki, davam etdirə bilirsiniz, beləliklə vəhşi bir dövrə vurursunuz… Və sonra o, gəlir. Siz barmaqlarınızın ucuna qədər ona aşiq olursunuz, dəyərləriniz dəyişir, həyata başqa cür baxmağa başlayırsınız. Kometa adam artıq buxarlanıb yox olsa da, reallığınıza bəxş etdiyi qlobal dəyişikliklər həyatınızda unudulmaz izlər qoyur.

Dərs: Komet münasibətlərdə əsas məqam buraxmağı öyrənməkdir. 6-7 səviyyədə (Şamanlara görə, hər bir insan ömür-gün yoldaşını və ya sevgilisini yeddi mərhələdən birinə əsasən seçir.) uyğunlaşdığınızı, hətta bu adamın həyatınızdakı bir növ super vacib insan olduğunu bilsəniz də, onu əldən vermək istəmədiyinizi və ya çoxdan gözlədiyiniz ruh yoldaşını onun simasında itirdiyinizi hiss etsəniz də, həmin şəxsi dayandırmağa çalışmayın. Bu, belə deyil. Həqiqi yarınız, şübhəsiz ki, əriyib yoxa çıxmır. Əgər “əriyib” yoxa çıxırsa, deməli, həyatınızı canlandırmağa gələn kometa adamdır və o, artıq sizin üçün öz vəzifəsini tamamlayıb.

2. Təlimçi

Onlar bir neçə cür ola bilər. Xüsusilə tez-tez sevgili dəyişirsinizsə və gücünüzü heç bir şəkildə doldura bilmirsinizsə. Hər birimizin həyatında bu cür insan olub.

Məqsəd: özünüzü aşkar etməyə kömək etmək, gələcəkdə ehtiyac duyduğunuz xüsusiyyətləri inkişaf etdirmək. Bu ümumiyyətlə ilk və ya erkən münasibətlərdə baş verir. Qız hələ də özünü tam tanıya bilmir, ssenarilərdə və maskalarda itib batır. Onun münasibətlərdə kişinin vəzifələrinə dair bir çox şablon fikirləri var. Məsələn, birinci kişi zəng etməli, hər şeyi ödəməli və ya əksinə, hər şeyi özü ödəməli və onun köməyini qəbul etməməlidir.

Yaxud da o, qarşısına qırmızı xalça qoyulmasını və gül-çiçəklə qarşılanmasını tələb edir. Belə qızların həyatına daxil olan “təlimçilər” onların çəhrayı eynəyini çıxarır və keçilməz eqoizm divarını qırır. Qız bütün bu tələblərin ciddi rol oynamadığını və əslində heç kimin heç kimə borcu olmadığını başa düşür.

Və sonrakı münasibətlər (və ya mövcud münasibətlərdə yeni bir mərhələ) getdikcə aydınlaşır, onları saxta dəyərlər olmadan daha dərin səviyyəyə aparmaq qabiliyyətiniz inkişaf edir.

Dərs: Təlimçi ilə münasibətlərdə dərsi başa çatdırmaq vacibdir. Belə bir tərəf müqabili ilə yalnız 2-3 səviyyədə üst-üstə düşürsən. Fərqli dəyərləriniz, fərqli tapşırıqlarınız, xırda anlayışınız var. Odur ki, dərsdən düzgün nəticə çıxaranda münasibətlər asanlıqla məntiqi sonluğa gəlir. Əgər istirahət etsəniz və ya dərsdən qaçsanız, bitirə bilmədiyiniz sonsuz bir dairə içində sıxışıb qalacaqsınız.

Ciddi, mənalı münasibətlər daim ləngiyəcək. Həyatınıza daha çox yeni təlimçilər buraxacaqsınız, ancaq unutmayın, sonrakılar daha mürəkkəb və ağrılı olacaq.

 

3. Papa birliyi

Bu, hər iki tərəfi çox uzun müddət bağlayan mürəkkəb, karmik bir əlaqədir və onlar sizə bir çox şey öyrətməlidir.

Məqsəd: Bir-birinə dərs vermək.

Fərq ondadır ki, təlimçiləri dəyişdirə bilərsiniz, bu cür münasibətlərdən qaçmaq sadəcə mümkün deyil, ən azından hər biriniz öz rolunuzu tamamlayana qədər.

Belə münasibətlər çox romantik və xoş başlaya bilər. Karmik olduğundan sizə elə gələcək ki, bütün Kainatın sizi bir-birinizə bağlayır. Məsələn, vəhşi ehtiras və ya bir növ dəli sevgi ola bilər. Özünüzü qorumaq instinktiniz bağlanır və görürsünüz ki, artıq heç bir ortaq nöqtələriniz olmayan bir adamla evlənmisiniz. Və ya kənar müdaxilələr yalnız sizi bağlamaq üçün deyil, birbaşa bağlamaq üçün xüsusi bir xətt üzrə inkişaf edir. Məsələn, planlaşdırılmayan hamiləlik. Geri dönüş olmadıqda, qarşıda sizi daha çətin problemlər gözlədiyini hiss edirsiniz.

Üstəlik, bu əlaqələrin özəlliyi ondadır ki, onu bitirmək çox çətindir. Geri çəkən bir şey həmişə olacaq – ortaq mənzil, ortaq uşaqlar, ipoteka və s. Hər iki tərəf öz rolunu yerinə yetirməyə qədər münasibətlər dağılmayacaq. Əks halda təkrar ayrılıb yenidən birləşəcəksiniz.

Dərs: Papa birliyinin vəzifəsi – qarşılıqlı borcu ödəmək.

Bu sadəcə bir dərs deyil, digər cəhətdən mümkün olmayan xüsusi bir çevrilmədir. Bunun qarşısını almaq deyil, vicdanla keçmək vacibdir. Və burada böyük bir bonus var – karmik düyün açılanda qarşınızda inanılmaz və daha geniş imkanlar açılacaq, enerjiniz güclənəcək və həyatınız daha yaxşı istiqamətdə inkişaf etməyə başlayacaq.

 

4. Həqiqi sevgili

Bu, 5-6 səviyyədə (lakin 7 deyil) üst-üstə düşən çox yaxın bir insandır.

Məqsəd: Münasibətlər arasında və ya Papa birliyindən sonra bir bonus olaraq möhlət. Bu əlaqələr çox asan, xoş olacaq. Həqiqətən taleyin hədiyyəsi kimi ruhunuz istirahət edəcək. Bu insanla eyni dalğa boyundasınız, birlikdə özünüzü yaxşı hiss edirsiniz, bir-birinizi başa düşürsünüz. Bunlar yalnız kişilər deyil, dost, uşaq, həmkar ola bilərlər – bir sözlə, ruh yoldaşlarınız.

Ancaq qadın-kişi münasibətlərində belə bir problem ola bilər: qarşısındakı insan onun bir çox tələblərinə uyğun gəlsə də, çatışmayan nöqtələr də olur. Düşünürsən ki, nə isə düz deyil. Və bu hissdən qaçmaq olmur. Bu hiss ən təmiz və ən gözəl münasibətləri bitirə və korlaya bilər.

Dərs: Əgər bu şəxslə güclü və uzunmüddətli əlaqələr qurmaq qərarına gəlsəniz, axtarışları şüurlu şəkildə dayandırmağı öyrənməlisiniz. Daha yaxşı birinin gələcəyini gözləməyin, bu münasibətləri keçid nöqtəsi kimi qəbul etməyin.

Çünki belə bir insanla tanış olmaq əslində böyük xoşbəxtlikdir və bu xoşbəxtliyi həyatınıza buraxmaq yalnız sizdən asılıdır. Yoxsa reallaşmayan bir yuxuya onu qurban verməyə hazırsınız?

 

5. Taleyin adamı

Və nəhayət, özüdür ki var! Bütün 7 səviyyə ilə üst-üstə düşür. Bir-birinizi uzaq məsafədən hiss edirsiniz, düşüncələrinizi oxuya bilir və bir istiqamətdə hərəkət edirsiniz. İlk tanışlıqdan artıq bir-biriniz üçün yaradıldığınızı hiss edirsiniz, şübhə və tərəddüdlərə heç bir yer yoxdur.

Məsələn, Papa Birliyində də bir-birinizi yaxşı tanıya bilərsiniz. Ancaq onda ağırlıq hissi sizi daim müşayiət edəcək. Məsələn: mən nə edirəm, hara gedirəm?! Bu şübhə sizi həmişə narahat edəcək.

Taleyin adamı ilə görüşdə mədənizdə kəpənəklər uçuşmağa başlayacaq, onu böyük bir məsuliyyət qorxusu hissi müşayiət edəcək və başa düşəcəksiniz ki, taleyin adamı ilə münasibət xüsusidir. Və bu zaman bütün səviyyələrin bir anda maksimum iştirakı olacaq. Belə bir əlaqəyə müqavimət göstərmək praktik olaraq mümkün deyil. Ancaq buna baxmayaraq, bu onların məhv ola bilməyəcəyi və tərəf müqabilinin ömür boyu sizinlə qalacağı və ya sizin də onu heç vaxt tərk etməyəcəyiniz demək deyil. Bu, sizin baxış bucağınızdan mükəmməl bir insandır.

Ancaq bu görüş çox erkən baş veribsə, hələ də təlim görməmisinizsə, əsl dəyərlərinizi ortaya qoymamısınızsa, eqoistliyi idarə etməyi və ya digər insanları dəyərləndirməyi öyrənməmisinizsə, münasibətlər bitə bilər. Hər halda bu sevginin dadı həmişə damağınızda qalacaq.

Taleyin adamı ilə görüşmək hər şeyin nağıl və bal ayı ilə başladığı demək deyil. Bu münasibətlərdə də problemlər olacaq. Və həll olunmalı məsələlər digər tərəflərlə müqayisədə daha dərindir. Siz bu oyunda maskasızsınız, bir-birinizin ağrı nöqtələrini bilir və birləşənə qədər bu ağrılı yerlərdən bir-birinizə sürətlə sürtünüb keçəcəksiniz. Ancaq bu, mütləq qlobal bir çevrilmə olacaq, nəticədə həyatınız boyu çiyin-çiyinə gəzə, birlikdə bir istiqamətdə və eyni sürətlə inkişaf edə biləcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir