taksi

Hansı taksi xidməti daha sərfəlidir?

Baxış sayı: 834

Bildiyimiz üzrə ölkəmizdə koronavirus pandemiyasına görə tətbiq edilən bir çox məhdudiyyətlər hələ də davam edir. Bu məhdudiyyətlər arasında həftə sonları ictimai nəqliyyatların fəaliyyəti dayandırılması da var. Bu da həftə sonlarını artıq taksilərə ən çox ehtiyac duyduğumuz günlər halına gətirir. Bəs görəsən, hansı taksi xidmətindən istifadə etmək daha sərfəlidir? Bu yazıda məhz bu haqda danışacağıq.

 

1) *2424 – “Taxi24” təqdim etdiyi keyfiyyətlər və qiymət siyasətinə görə sərnişin daşınması sahəsində Bakının ən çox tələb olunan taksi şirkətidir. Ünvan kimi “Memar Əcəmi” metrosundan “Nəriman Nərimanov” metrosuna kimi olan əraziyə 3,80 AZN pul tələb edilmişdir.

 

2) *158 – “Çağrı Mərkəzi”nə müraciət pulsuzdur. Belə ki, siz istənilən vaxt zəng edərək əlavə xərcə düşmədən taksi sifariş verə bilərsiniz. Bununla yanaşı, mobil tətbiqetmə və sayt üzərindən də sifariş etmək mümkündür. Ünvan kimi “20 yanvar” metrostansiyasından “Nəriman Nərimanov” metrostansiyasına qədər olan yol üçün 3,50 AZN tələb edilmişdir.

 

3) *2111 – “Maxim” taksi xidmətində sifarişləri peşəkar operatorlar qəbul edir. Və bu vasitə insanla sifarişin detallarını dəqiqləşdirmək və ya suallar vermək üçün danışmaq lazım olanda rahatdır.

 

4) *3003 – taksi xidməti üçün ünvan kimi “Memar Əcəmi” metrosundan “Nəriman Nərimanov” metrosuna kimi olan ərazi üçün 3,51 AZN pul tələb edilmişdir.

 

5) *8844 – “City taxi” və yüksək səviyyəli naviqasiya sistemitaksilərininsizi ən qısa zamanda olduğunuz yerdən götürərək,ən optimal marşrutla lazımi ünvana dəqiq vaxtında çatmanızı təmin edir.Ünvan kimi “Memar Əcəmi” metrosundan “Nəriman Nərimanov” metrosuna kimi olan əraziyə 3,98 AZN pul tələb edilmişdir.

 

Azərbaycanda taksi xidmətləri son illərdir xeyli artmağa başlamışdır. Belə ki, taksi xidmətlərinin artması ilə yanaşı bütün xidmətlərdə daha da rahatlıq və diqqətin artırılmasınıda gözləyirik. Çünki xalqın rahatlıq nə qədər təmin olunsa o qədər inkişaf yolunda adım atmış olarıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir