Beyin

Hansı vərdişlər beynin işinə mənfi təsir göstərir?

Baxış sayı: 134

Normal hesab olunan bəzi vərdişlər demək olar ki, beynin işinə mənfi təsir göstərə bilər. “Gencaile.az” saytı Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə İspaniyanın “La Vanguardia” nəşrindən bir araşdırma məqaləsində məlumat verilib. Bildirilir ki, tədqiqatlara əsasən, oturaq həyat tərzi nəticəsində insanın konkret neyronlarının strukturu saniyəbəsaniyə dəyişir. Belə ki, müntəzəm fiziki iş gördükdə orqanizmdə təbii ağrı kəsicilər hessab olunan endorfinlər ifraz olunur. Bu endorfinlər də bədənin gündəlik yüklənməyə tab gətirə bilməsi üçün lazımdır. Həmçinin fiziki aktivlik sayəsində beyin daha çox oksigen qəbul edir. Bu da onun məhsuldarlığını artırır.

Məqalədə qeyd edilir ki, eyni zamanda iki işlə məşğul olmaq da beynin işini çətinləşdirir. Bu vərdiş isə, stress, kortizol və adrenalin hormonlarının istehsalına səbəb olur. Bu hormonlar isə beynin həddindən artıq stimullaşdırılmasına səbəb olur ki, buna görə də insan fikrini toplamaqda çətinlik çəkir.

insan beyni ile ilgili görsel sonucu

Əlavə olaraq qeyd edilir ki, insan daim bağlantıda olan zaman da beyin yüklənir. Belə ki, elektron poçtda onlarla məktub, messencerlərdəki mesajlar, xəbər lentləri də beyinin daim qıcıqlanlasına gətirib çıxara bilir.

Misal üçün, daim ekrana baxan zaman beyin istirahət etmir. Çünki bu işıq şüaları melatoninin ifrazını ləngidir. Halbuki 10 dəqiqəlik şəxsi ünsiyyət zamanı yaddaş və idrak bacarıqları yaxşılaşır.

insan beyni ile ilgili görsel sonucu

Beyni sakitləşdirməyin ən gözəl yolu normal yuxu almaqdır. Yaxşı yuxu beynin işinə müsbət təsir göstərir. Belə ki, bu müddət ərzində xatirələr yaradılır və lazımsız məlumatlar silinir.

Alimlər, həmçinin yuxu zamanı neyronlara zərər verə biləcək zəhərli zülalların və həyat fəaliyyətinin digər məhsulların orqanizmdən çıxarıldığını müəyyən ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir