dodaq

Hansı yollarla dodaqları daha dolğun göstərmək olar?

Baxış sayı: 1. 607

Dodağınızı daha dolğun göstərmək üçün, vacib deyil kimyəvi maddələrdən istifadə edəsiniz. Sizə kosmetik məhsullarla, dodağınızı daha dolğun göstərməyin ip uclarını verəcəm. Mövzuya başlamazdan öncə, qeyd etmək istəyirəm ki, dodağınızı həftədə 1 dəfə peeling edin. Yəni, ölü dəridən xilas olun. Xüsusi ilə soyuqda , dodaqlarda yaranan qabıqlanma dodaq boyası sevərlər üçün xoş olmayan görüntüdür. Peelingdən sonrakı addım: mütləq şəkildə gecə yatmazdan öncə dodağınızı nəmləndirin.

Indi isə keçək əsas məsələyə:

Dodağı daha iri göstərmək üçün ilk öncə dodağı nəmləndirmək lazımdır. Çünki dodaq nəmli olduqd , daha yaxşı effekt alınır.

Daha sonra örtücü:  həmin gün istifadə etdiyiniz tonal krem və ya concealer-i  dodağınıza tətbiq edin. Dodağınızın kəskin xəttlərini itirmək, dodağın rəngini neytrallaşdırmaq üçündür.  Diqqət etməli olduğunuz yer, əgər tonal istifadə etmirsinizsə, yalnız dodağınıza istifadə edəcəyiniz örtücü dəriniz ilə eyni rəng olsun. Əks halda dodaq ətrafınız dərinizdən seçiləcək.

Örtücüdən sonrakı addım dodaq qələmidir. Dodaq qələmindən istifadə etməyiniz çox vacibdir. Natural tonlarda dodaq qələmindən istifadə edə bilərsiniz. Və ya hər dodaq boyanıza uyğun dodaq qələmi alın. Mən təbii tonlarda olan dodaq qələmini bütün dodaq boyaları ilə istifadə edirəm.

Dodağınızın öz təbii və kəskin konturu varsa, dodaq qələmini çox kənara daşırmayın. Yox əgər kəskin kontur yoxdursa, biraz daha geniş boyaya bilərsiniz.(əlbəttə geniş dedikdə, ağlınıza 2sm uzaqlıq gəlməsin.)

Dodağınızı öz formasında çərçivələyin. Yəni, başqa forma verməyin . Çərçivələdikdən sonra, içini də doldura bilərsiz. Bu həm üstdən tətbiq edəcəyiniz dodaq boyasının rəngini eyni göstərəcək, həm də dodaq boyanız daha qalıcı olacaq.

Çərçivələdikdən sonra, dodaq boyası tətbiq edirsiniz. Tətbiq etdiyiniz dodaq qələminin üzəri ilə, yəni çərçivənin nə çox kənarına daşırmayın, nə də çərçivədən aşağıda qalmasın.

Daha sonra nude rəng(çılpaq rəng) qələm ilə dodağınızın kənarlarını rəngləyin. Beləliklə daha kəskin kontur əldə edəcəksiniz. Və həm də çərçivəniz daha dəqiq göründüyü üçün, dodağınızda daha dolğun olacaq.

Nəticə budur:




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir