melihe meherremli

Haqsız girib, məcbur çıxanların yanğısı

Baxış sayı: 330

Azərbaycan Ordusunun Qarabağa zəfər yürüşü, torpaqların azad edilməsi hər bir azərbaycanlıda qürur hissi doğurdu. Ali Baş Komandanın xalqına verdiyi sözünə sadiq qalması, qələbə xəbərləriylə müjdələməsi, Azərbaycan əsgərinin şücaəti, müzəffər ordumuzun torpağına, elinə olan sevgisi düşmənin acı məğlubiyyətiylə barışmasına səbəb oldu.

Mən uşaqdan böyüyə əllərində, evlərində, maşınlarda- hər yerdə qürurla dalğalandırdığı bayraqları gördükcə bir daha millətimlə, dövlətimlə fəxr etdim. Hər an canını sipər etməyə, Ali Baş Komandanın əmrini dərhal yetirməyə əlində silah isbatlayan müzəffər Azərbaycan ordusuyla necə də fəxr etməyəsən!   Torpaq sevgisi bizə  ulularımızdan-Şah ismayıl Xətaidən, Babəkdən  ta bu gün gənc nəslə  ana laylasıyla, ata-babalarımızın nəsihətiylə qanına, canına meydanlarda at oynadaraq, qılınc döyüşdürərək qanına, canına hopmuşdur. Azərbaycan xalqı keçmişi, tarixi və şücaətiylə dünyaya, düşmənə meydan oxudu.  Biz döyüşməyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda sevgiylə mübarizə aparıb qürurlanarkən düşmən geri çəkilib güclə “torpaq uğrunda mübarizə apardı”. Mənfur düşmən bir daha çirkin əməlləriylə dünyaya özünü tanıtdı və budur…. Zəfər bizimdir..Qarabağ Azərbaycandır! 30 ilin həsrətinə son qoydu Rəşadətli Azərbaycan Ordusu…

Şah İsmayıl, Nadir şah Əfşardan sonra yeni tarix yazan Sərkərdə İlham Əliyev istər xalqına,  istər orduya olan dəstək və sevgisi hər kəsdə qürur doğurdu. Qəhrəman sərkərdələrimizin sayəsində Azərbaycan torpaqları azad edilib və birləşıb. Bu gün işğaldan azad olunmuş  torpaqlarımızı şəhidlərimizə borcluyuq. Onların qarşısında baş əyərək allahdan rəhmət arzulayıram. Qazilərimizə, yaralı əsgərlərimizə isə şəfalar diləyirəm. Mən inanıram ki, Qarabağ torpağı uğrunda döyüşlər gənclərimizin qəlbində ruh yüksəkliyi, Vətən sevgisini, düşmənlə mübarizə əzmini birə-beş artıracaq və elə həmin günlərdən Poladlar, Mübarizlər yetişərək hər zaman mübarizəsini əzmlə nümayiş etdirəcək.  Azərbaycan kişisi qadınının əlinə silah verib  düşmənlə savaşmağa göndərmir! Azərbaycan kişisi düşmənlə təkbətək döyüşərək onu məğlub edir. Xanımının əlindən tutub fərəhlə düşməndən təmizlədiyi yerə gətirir! Ali Baş Komandan Mehriban xanımla bir daha Qarabağ torpaqlarını ziyarətiylə bütün dünyaya örnək, nümunə göstərdi…Bax budur fərqimiz…

 

Məlihə Məhərrəmli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir