yemek

“Harda nə yeyək?” – DOMİNİKAN MƏTBƏXİ

Baxış sayı: 185

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi  “Harda nə yeyək?” rubrikasında bu həftə Dominikan Respublikasının mətbəxi haqqında danışacağıq.

Təzə dəniz məhsullarının bolluğu, şirin ananas və manqo, papaya və yaşıl banan, qızardılmış klyar və quakamole sizə gözəl bədən quruluşu haqqında bütün xəyalları unutduracaq. Hindqozu südü və yaşıl bananlarla qızardılmış balıq ağzınızda əriyəcək.

“La Bandera Dominicana” (Dominikan bayrağı) – yerli yeməklərin ən populyarıdır. Onun tərkibinə ağ düyü, buğda bişirilmiş qırmızı lobya, buğda bişirilmiş toyuq (donuz əti, mal) daxildir. Yemək, bir qayda olaraq, salatla və ya qızardılmış xırçıldayan bananlarla verilir.

Ümumiyyətlə, ekzotik meyvələrlə dəniz məhsullarının məftunedici ətir və dadlarını təsvir etməyə çalışmaq faydasızdır. Bunun üçün Dominika getmək və onların dadına baxmaq lazımdır.

Hamımız yaxşı bilirik ki, qəhvə, siqaret və spritli içkilər səhhətimiz üçün ziyandır. Amma Dominikan respublikasının yerli sakinləri onlarla fəxr edir, həm də böyük həcmdə dünyaya ixrac edir. Qiymətləri də olduqca ürəkaçandır. Odur ki, Dominikana gəlib yerli siqarın və romun dadına baxmadan getmək bağışlanmaz səhv olardı. Dominikan siqarları ixrac sayına görə dünyada birinci ölkədir. Elitar məhsulun istehsal xüsusiyyətləri ilə istənilən yerli tütün fabriklərinin birində tanış olmağa icazə verilir. Məsələn, “La Flor Dominicana”-da sizə bütün mərhələləri göstərəcəklər: becərilməsindən tutmuş bükülməsinə qədər. Bu ekskursiya kişilərin lap ürəyincə olacaq.

Qəhvə və rom da dominikanların qürur mənbəyidir. Dominikanda istehsal olunan ən məşhur rom markaları bunlardır: Bermudes, Bruqali və Barselo. Barlarda isə romdan çox dadlı kokteyllər hazırlayırlar. Ən yaxşısı – koko lokodur. Onu əsl kokos qabında verirlər, pino-koladanı isə ananasda hazırlayırlar.

15 причин поехать в Доминикану

Dominikanda yeməklərin qiymətləri sizi təəccübləndirə bilər. Məsələn, dəniz ilbizinin qiyməti onun üzərinə sıxılan limonun dəyərindən daha ucuzdur. Yeri gəlmişkən, ispanca bir neçə kəlmə, gözəl təbəssüm və bir neçə yerli xüsusiyyətlərini sadalamaqla siz füsunkar ölkədə istirahət xərclərinizi xeyli azalda bilərsiniz.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir