yemek

“Harda nə yeyək?” – HİNDİSTAN MƏTBƏXİ

Baxış sayı: 1. 592

“Gencaile.az” saytının hər həftənin ilk günündə oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə Hindistan mətbəxindən söz açacağıq.

Hind mətbəxində ən diqqətçəkən məqam ədviyyatdan və müxtəlif yerli tərəvəzlərdən geniş istifadə olunmasıdır. Tərəvəzlərə üstünlük verilməsi həm də ölkədə mal ətinin yeyilməsinin qadağan olunması ilə əlaqədardır. Təsadüfi deyil ki, Hindistanda mal ətin yeyilməsi  təhqir, kafirlik kimi qəbul edilir. Bu səbəbdən də yerli əhalinin böyük hissəsi məcburi vegetariandır.  Ənənələr və tarixi faktorlar nəticəsində, hind aşpazlar əsl ədviyat mütəxəssislərinə çevrilib. Yuxarıda da qeyd etdiyimiz kimi, yerli əhalinin əksər hissəsi vegetarian olduğundan ədviyyatların məharətli istifadəsi  əsl sənət formasını alıb.
Image result for hindistan mutfağı

Mətbəxin ən çox istifadə edilən ədviyyatları sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq, hind zəfəranıdır. Hind mətbəxi şimal, cənub, şərq və qərb mətbəxləri olmaqla dörd hissəyə ayrılır. Hər mətbəxin özünəxas xarakteristikaları vardır. Şimali Hind mətbəxi süd məhsullarından çox istifadə edilməsi ilə digərlərindən fərqlənir. Qatıq, yağ və süddən geniş istifadə edilir. Şimali Hind mətbəxinin əsas yeməkləri mirch bada, buknu, bhujiya, Chaat, kachori, imarti sayılır. Qərb Hind mətbəxində balıq, hindistan qozu və düyüdən çox istifadə edilir. Cənubi Hind mətbəxi düyü, hindistan qozu, müxtəlif turşularla məşhurdur. Şimali Hind mətbəxinin ən populyar nümunəsi üçbucaq və ya aypara şəklində açılmış xəmir içi ədviyyatlı kartof, qiymə və soğan ilə doldurulmaqla hazırlanır.  Süfrəyə nanəli sousla verilir.

Image result for hindistan curry

Kasıbların yeməyi

Çox böyük populyarlığına baxmayaraq, curry (keri) sadə xalqa aid olan yemək hesab olunur. Bu səbəbdən, bəzi hindlilər keri sözünü xoşlamır, çünki o, sanki süfrəyə verilən xörəyi alçaldır. Lakin, bir çox qurmanlar üçün, bu ədviyyat aşpazlıq sənədin möcüzəsidir. Kerinin müxtəlif növlərin mövcud olduğuna baxmayaraq, kerinin hazırlanması üçün mütləq olan bir neçə əlavələr var ki, bunlar da sarımsaq, zəncəfil, soğan, çili bibərləri və yoqurtdur.

Related image

Hind etiket qaydaları

Hindlilər hesab edir ki, qida Allah tərəfindən verilən bir hədiyyədir, və bu səbəbdən xörəyin hazırlanması və yeyilməsinə ciddi və ehtiramlı yanaşırlar. Ənənəvi Hind yeməkləri tərəvəzlər və ya ətlə hazırlanmış düyünü çapati çörəyi götürməklə əl ilə yeyilir. Təbii ki, çəngəl və ya qaşıqdan da istifadə etmək olar. Qeyd etmək lazımdır ki, hindlilər yemək ilə alcohol içkilərdən içmir, yemək zamanı yalnız buzlu su və ya yoqurtdan istifadə edirlər.

 

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir