PIVE

“Harda nə yeyək?” – HOLLAND MƏTBƏXİ

Baxış sayı: 231

“Gencaile.az” saytının xarici ölkələrin mətbəxləri ilə bağlı oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə Hollandiya mətbəxi haqqında danışacağıq.

All you need to know about Dutch food

Holland mətbəxində balıq və tərəvəzlər çox vacib rol oynayır. Ümumiyyətlə, dünyanın ən dadlı siyənək balığını hollandlar hazırlayır.

Şimal mətbəxinin səciyyəvi xüsusiyyətlərindən biri xörəklərin assortimentinin az olmasıdır. Holland mətbəxində qonşu ölkələrin, xüsusilə Almaniya və Skandinaviya mətbəxlərinin təsiri hiss olunur. Almanlılar kimi, hollandlılar pivəni, xüsusilə laqeri çox xoşlayır – Heineken, Grolsç və Amstel kimi markalar ölkənin kənarında da məşhurdur. Kral ailəsində keçirilən bayramlar zamanı süfrəyə qeyri-adi portağal brendisi verilir.

Картинки по запросу portakal brendi

Ənənəvi xörəklər asan hazırlanır və az inqrediyentlərdən ibarətdir. Hər bir Hollandiyalı “snert” adlanan çox qatı noxud şorbasını, və həmçinin “hutspot” adlanan qazanda bişirilən kartof, tərəvəzlər və əsasən mal ətindən ibarət olan xörəyi çox sevir.

Картинки по запросу hutspot

Hollandlılar həmçinin isti şokolad və cirəli südü çox xoşlayır.

Hollandiya yüksək keyfiyyətli pendirləri ilə də məşhurdur. Onların çeşidi o qədər böyükdür ki, təcrübəsiz səyyah çeşidlər arasında lap başını itirəcək. Niderlandın “vizit kartı” – Edam pendiridir. Bunun yarıdan çoxu ixraca gedir. Edam pendiri ölkənin qürurudur, lakin hollandlar özləri Qauda pendirinə daha üstünlük verir. Pendir pivə ilə xüsusilə gözəldir. Yeri gəlmişkən, tarixən bu pendirin saxlama və istifadə müddətini artırmaq üçün digərləri kimi qaraldırdılar. Üçüncü məşhur holland pendiri – Maasdam XX əsrin 70-cı illərində hazırlanıb. Holland ustaları onu isveçrəli Emmantalyu pendirnə rəqib qismində yaradıb.

Image result for Netherlands chees

Pendirin ənənəvi hazırlanma prosesinə Alkmar şəhərciyindəki pendir bazarında izləmək və dadına baxmaq olar. Bazar aprelin ortalarından başlayaraq oktyabra qədər və hər həftənin cümə günü keçirilir. Burada pendirin ən qədim hazırlanma metodları ilə tanış olmaq imkanı qazanacaqsınız. Pendir fanatınızsızsa, bu fürsəti əldən verməyin.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir