yemek

“Harda nə yeyək?” – MACAR MƏTBƏXİ

Baxış sayı: 1. 968

Bu gündən başlayaraq hər həftə sizə təqdim edəcəyimiz bu yeni – “Harda nə yeyək?” rubrikasında xarici ölkələrin mətbəxi ilə tanış olacaqsınız. Hər həftə oxucularımıza bir ölkənin mətbəxi haqda bilgi verəcəyik. Bu rubrikanın ən çox  əcnəbi ölkələrə mütamadi səfəredən oxucularımızın işinə yarayacağını deyə bilərik. Ən azı ona görə ki, artıq hansısa ölkəyə səfər etməmişdən qabaq həmin ölkə mətbəxi ilə tanış olmaq imkanınız olacaq.  Beləliklə, ilk olaraq Macarıstan mətbəxinin əsas yeməklərindən  bəhs edəcəyik.

15 причин посетить Будапешт

Macar mətbəxi müxtəlif ət yeməkləri ilə məşhurdur. Macarıstanda qida yağlı və ağırdır. Xörəklərə mütləq soğan və istiot vurulur. Ən məşhur xörəkləri leço, porkolt (ətdən hazırlanır) və paprikaşdır (xamanın içində ət). Ət xörəkləri arasında donuz əti və piyi dominantlıq təşkil edir. Macar mətbəxinə aid milli delikates müxtəlif cür qızartmadır. Bütün Avropada macar salyami kolbasası çox məşhurdur.

Картинки по запросу hungary food

Balıq xörəkləri də çox populyardır, məsələn, foqaş. Bu, balıq şorbasına bənzər xörəkdir. Onu müxtəlif balıq növlərindən hazırlayırlar.

Burada fast-fud lanqoş adlanır. Ən dadlı blinçik məşhur Karoy Qundelin şərəfinə adlandırılmış qundel blinçikləridir. Macarıstan şərabı ilə bütün dünyada məşhurdur. Burada hər xörəyə uyğun fərqli şərab verilir.

Картинки по запросу hungary food

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir