Yemek

“Harda nə yeyək?” – NORVEÇ MƏTBƏXİ

Baxış sayı: 158

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə Norveç mətbəxi haqqında danışacağıq.

Şimal ölkəsinin sərt təbiəti və yerli məhsulları onun mətbəxini özünəməxsus edib. İlk növbədə norveçlilər balıq yeməklərinə üstünlük verir. Qızıl balıq məhsullarının əsas ixracı da Norveç sayılır. O cümlədən Norveçin siyənək, treska, skumbriya kimi balıq növləri də populyardır. Ən məşhur balıq yeməyi rakfiskidir.

Bu ölkədə balıq növləri o qədər çoxdur ki, digər ət məhsulları ikinci plandadır. Bir çox hallarda qarışıq yeməklərdə “dəniz mövzusu” davam edir. Bununla belə balıq əlavə edilməyən sığın, donuz, maral, kəklik, digər quşların ətindən ləziz yeməklər də hazırlanır. Ət yeməkləri adətən paxla, kələm, kartof kimi müxtəlif qarnirlərlə verilir. Təzə maral ətindən hazırlanan steyk isə Norveçin ən bahalı milli yeməyidir.

Image result for deer meat norway

Dünyanın ən xoşbəxt əhalisi qızardılmış kolbasanı da çox sevir. Bu qəribə yeməyi haqlı olaraq Norveç zövqünün nadir nümunəsi adlandırmaq olar. Sizin belə bir dada dünyanın heç bir yerində rast gəlməyəcəyinizi əminliklə demək olar! Bu yemək demək olar ki, Norveç mətbəxinin bütün xüsusiyyətlərini özündə tam əks etdirir. Onun hazırlanması qaydası çox fərqlidir. Onu əvvəlcə qıpqırmızı olana qədər qızardırlar, daha sonra isə qaynamış suya atır və dərhal çıxardırlar.

Image result for norway food

Bütün bunlara baxmayaraq, norveçlilər öz menyusu və ekzotik yeməkləri ilə öyünə bilməz. Əhalinin əksəriyyəti yeməyə həyat və enerjinin saxlanması vasitəsi kimi yanaşır. Buna görə də yeməklərin tərkibinə və keyfiyyətinə qarşı çox tələbkar yanaşır. Məsələn, hər bir xalqın ən məşhur yeməyi çox kalorili olur. Norveçlilər isə ziyafətlərdə əsas yemək kimi süfrəyə sıyıq təqdim edir, ən dəbdəbəli qonaqlıqları sıyıqsız keçmir.

Image result for akvavit

İçkiləri

Norveçlilərin ən populyar içkisi qəhvədir. Onların kartofdan hazırladığı akvavit ən tünd Skandinaviya spirtli içkisi sayılır. Pivə və akvavit bir çox ət və balıq yeməkləri ilə servis edilir. Maraqlıdır ki, Akvavit satışdan əvvəl Avstraliyaya aparılır və geri qaytarılır. Çünki uzun səyahətlərdən sonra çəlləklərdə qalan içkiyə ağacın qoxusu hopur və tündləşir.

 

Aytən



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir