yemek

“Harda nə yeyək?” – ALMAN MƏTBƏXİ

Baxış sayı: 1. 292

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə Almaniya mətbəxinin özəllikləri haqqında danışacağıq.

 

Alman mətbəxində kartof xüsusi yer tutur. Üstəlik, Almaniya mətbəxində kartofun bir çox hazırlama üsülü var: kartofu duxovkada bişirmək, yağda qızartmaq və ya soyuq salatlara əlavə etmək olar. Amma o da var ki, almanlılar kartof pyuresini o qədər də sevmir; onlar əriştəyə üstünlük verir. Ləzzətli və bol alman yeməyin misalı kimi Ayntopfu göstərmək olar – tamdəyərli naharı əvəz edən böyük küpədə bişirilən yemək. İstifadə olunan inqrediyentlərdən asılı olaraq, o, şorba, pörtlənmiş yemək və ya qulyaşı xatırlayır. Əlinizin altında olan məhsullardan bu yeməyə qata bilərsiniz.  Desertlərin arasında ən çox seviləni başlanğıcını Avstriyadan götürən  Afeıştrudel – isti isti verilən alma piroqudur.

Image result for Ayntopf

Regional ənənələr

Qərb Almaniyanın Schwarz Wald və Baden-Württemberg regionunda qonşu İsveçrə və Fransanın güclü təsirini duymaq olar. Bu mətbəxdə tərəvəzlərin çox böyük rolu var. Cənubə yaxın, xüsusilə Bavariyada, daha yağlı yeməklərdən istifadə olunur. Ola bilər ki, bu səbəbdən alman mətbəxi illlər boyu çox yağlı hesab olunub və dünyada öz populyarlığını qazanmayıb. Buna baxmayaraq, o, çox incə mətbəxlərdən biri olaraq,  Almaniyanın xaricində də yaxşı tanınır.

Image result for Bavariya şorbası

Alman sayağı şorbalar

Şorbalar Almaniyada çox populyar deyil; ən məşhur olan şorbalar Gulaschsuppe adlanan macarların qulyaşına oxşar şorba və fransız qırmızı soğan şorbasına oxşar Bohnensuppe və Zwiebelsuppe şorbalarıdır. Şərq Almanlılar tez-tez solyanka – doğranılmış sosiska ilə ədvalı Ukrayna şorbasını bişirirlər. Sadalanlılardan daha populyar əriştəli şorbalardır – məsələn, Leberknödelsuppe adlanan Bavariya şorbası. Qalan qəlyanaltılar sadədir. Onlar paştet, salat və ya soyuq ətlərdən ibarət ola bilər. Cənubda balıq və dəniz məhsullardan daha çox istifadə olunur. Alabalıq Almanlıların ən çox sevdıkləri balıq hesab olunur.
Image result for Bavariya şorbası

Sosiska – çox populyar milli məhsul

Alman mətbəxi olduqca doyumlu və yüksək kalorili, lakin çox ləzzətlidir. Ət, xüsusilə bir çox üsüllarla bişirilən donuz əti, çox populyardır. Yer səthində Alman sosiskaları, məs. xot doq kimi tanınan frankfurters haqqında eşitməmiş adamı tapmaq qeyri-mümkündür.

Image result for Apfelrotkohl

Turş kələm

Almaniyada kələmin bütün növləri çox sevilir: bişirilmiş, yağda qızardılmış və ya turş. Bu ənənə öz başlanğıcını çoxdan bəri götürür, lakin öz əhəmiyyətini indiyə qədər itirməyib. Təzə kələm marinada qoyulur və Saurekraut, qırmızı kələm isə alma ilə bişirilərək Apfelrotkohl adlanır. Almanlılar mərəçüyüdü çox sevir. Mərəçüyüd mövsumu apreldə başlayır və iyunda bitir.  Bu mövsum ərzində bütün restoranlar xüsusi mərəçüyüd menyularını təqdim edir.

 

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir