Yemek

“Harda nə yeyək?” – ÇEXİYA MƏTBƏXİ

Baxış sayı: 1. 349

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə  Çexiya mətbəxi haqqında danışacağıq.

Yerli mətbəxi haqqında ondan başlamaq lazımdır ki, bütün yeməklər lori dildə desək, pivə ilə yaxşı “gedir”. Çex mətbəxinin əsas menyusunu: donuz balası, qızardılmış pendir, xüsusi sousda servis olunan kolbasa, ət və kartofdan hazırlanmış müxtəlif yeməklər təşkil edir. Buraya gələndə ilk növbədə ət yeməklərini dadmaq lazımdır, çünki dəniz məhsulları Avropa qitəsinin mərkəzində yerləşən Çex mətbəxinə yaddır. Burada yemək porsiyaları iki nəfərə kifayət edəcək qədər böyükdür, ən əsası qiymətlər sərfəlidir.

1385099594616141

Əlbəttə ki, ştridel şirniyyatını qeyd etməmək olmaz. Bu şirniyyatı istənilən restoranda sifariş vermək mümkündür. Ştridel 3 inqrediyentdən: alma, kəsmik, xaşxaş və ənənəvi yağlı xəmirdən hazırlanır. Şirniyyat ustaları zövqdən asılı olaraq almanı mövsüm meyvələri ilə əvəzləyir. Milad bayramı üçün isə xüsusi olaraq kişmişli və qozlu variantı bişirilir.

 

Aytən

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir