yemek

“Harda nə yeyək” – DANİMARKA MƏTBƏXİ

Baxış sayı: 1. 239

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə Danimarka mətbəxi haqqında danışacağıq.

 

Bir qayda olaraq yeməkləri bir-birinə qarşıdırmayan və onları xüsusi ardıcıllıqla yeməyə üstünlük verən danimarkalıların mətbəxinin əsasını smorrebrot (hərfi mənası yağ çörəkdir) adlanan sandeviç təşkil edir. Adətən yağ, ət və pendirlə süfrəyə verilir. Bir qayda olaraq stol arxasında yeyilməlidir.

Картинки по запросу smorrebrod

Ölkədə həmçinin balıq, ət, isti yeməklər, pendir və konfetlərdən ibarət koldt bord adlanan səhər yeməyi də məşurdur. Digər səhər yeməyi Morgen-complet isə çay, çörək, pendir, yumurta və peçenyedən ibarətdir.

Картинки по запросу gravad lax

Yerli əhalinin nahar və axşam yeməyi üçün də hazırladığı ənənəvi yeməklər var. Məsələn, qravad leks (şirin xardal sousunda verilən cəfərili duzlu qızılbalıq), xvid labskovs (mal əti ilə kartofdan hazırlanan raqu ilə dəfnə yarpağı), vinebrot (bütün dünyada tanınan daniya bişməsi) kimi yeməklər buna misal ola bilər.

Картинки по запросу Carlsberg

Danimarka mətbəxində qəhvə də xüsusi yer tutur, amma bu ölkənin yeganə populyar içkisi deyil. Məsələn, Carlsberq, Aquvait, Glogg kimi içkilər ən çox istifadə olunanlardandır.

 

 

Hazırladı: Aydan Kərimli

 

Картинки по запросу danimarka mutfağı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir