yemek

“Harda nə yeyək?” – FİLİPPİN MƏTBƏXİ

Baxış sayı: 1. 361

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi görüşünüzə gələn “Harda nə yeyək?” rubrikasında bu dəfə oxucularımıza Filippin mətbəxi haqqında danışacağıq.

Картинки по запросу filippin foods

Filippin mətbəxinin formalaşmasına ölkənin yerləşdiyi coğrafi mövqeyi öz təsirini göstərib. Adanın sahillərini yuyan dənizlər Filippin süfrəsinə su aləminə məxsus nemətləri, xüsusən də tunes və skat balığını gətirir. Asiyanın bütün ölkələrində yetişdirilən düyü burada da önəmli yer tutur. Məşhur xörəklərindən buğda unu və yumurtadan hazırlanan pansit kantonu xüsusi qeyd etmək lazımdır.

 

Картинки по запросу filippin foods

Ət müxtəlif üsullarla hazırlanır. Məsələn, əti soya sousu, sarımsaq və istiotla sirkədə saxlayıb daha sonra qızartmağı çox sevirlər. Hər bir əyalətdə adobeyə yerli inqredient əlavə edilir. Məsələn, bu, kokoslu qaymaq və ya sarıkök ola bilər.

Image result for leçe flan

Filippinlilərin leçe flan adlanan deserti də məşhurdur. Tərkibi yumurta sarısı və süddən ibarətdir. Ölkənin mətbəxinə daxil olan xörəklər sırasında «Leçon manok» (qril toyuq), «Kare-kare» (mal əti və yerfındıqlı qatı şorba), «Kinilaun»un (sirkə və ya soğan, tomat və ədviyyatlı kokos südündə ət) adını çəkmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir