Iran plov

“Harda nə yeyək?” – İRAN MƏTBƏXİ

Baxış sayı: 1. 491

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə İran mətbəxi haqqında məlumat verəcəyik.

İran kulinariya üslubları qonşu regionların, o cümlədən Qafqaz mətbəxi, Türk mətbəxi, yunan mətbəxi, Orta Asiya mətbəxi və Rusiya mətbəxi ilə tarixi qarşılıqlı əlaqələrə malikdir.

İran yeməkləri bizdəkindən elə də fərqli deyil, yəni heç qəribçilik çəkməyəcəksiniz. Bütün kababların yanında düyü verirlər. Sulu yeməkləri elə də çox deyil, restoranlarda təklif olunan yeməklərin əksəriyyəti quru yeməklərdir. Amma sulu yeməkləri də yox deyil, dadlı şorbaları var. Təbrizdə arpa və yaşıl mərcidən hazırlanmış dadlı şorbaları qeyd etmək olar.

İranın əsas tipik yeməkləri düyünün ət (qoyun, toyuq və ya balıq), tərəvəz (soğan və müxtəlif göyərtilər) və qoz ilə birlikdə hazırlandığı yeməklərdir.Düyü İran mətbəxində xüsusi yer tutur. Plovun çoxsaylı növlərindən əlavə, İranda düyü həm də qarnir kimi bütün yeməklərlə (hətta kababla da) bahəm ortaya verilə bilir. Bu halda düyünü süfrəyə həm ayrıca qabda, həm də əsas yeməklə bir qabda gətirə bilərlər.

Iran_food

Təzə göyərtilər, eləcə də ərik, nar, heyva, gavalı və üzüm kimi meyvələr tez-tez istifadə olunur.  Zəfəran, qurudulmuş laym, darçın, sarıkök və cəfəri kimi ədvaları qarışdırılır və bəzi xüsusi yeməklərin hazırlanmasında istifadə olunur.

Ənənəvi və ən geniş yayılmış İran ədviyyatlarından biri Crocus sativus gülündən alınan zəfərandır. Sarıkök, istiot, sumax, zirinc, darçın, ceviz də İran mətbəxi üçün ənənəvi olan, ölkədə geniş yayılmış ədviyyat növləridir. Eləcə də gül suyu bir çox ənənəvi İran yeməklərinin hazırlanmasında geniş istifadə olunan inqrediyentlərdən biridir.

Golpar (Persian hogweed) İranın rütubətli dağlıq rayonlarında yabanı şəkildə bitir, müxtəlif şorba və raqularda ədviyyat kimi istifadə olunur. Golpar eləcə də, üzüm sirkəsi ilə qarışdırılır, yeməkdən əvvəl salatın yarpaqlarını ona batırırlar.

Bundan başqa bir neçə ənənəvi ədvalar da var ki, onlar xüsusu olaraq bir neçə ədviyyat növünün, ətirli qatqıların qarışdırılması yolu ilə əldə edilir.  Məsələn, qovrulmuş küncüt toxumunundan alınan Tahuni, keşniş, cəfəri kimi duzlarla zəngin təzə otlarla qarışdırmaqla alınan sous

Geniş yayilmlş ət növləri qoyun əti, quş əti, dana və mal ətidir. Bütün müsəlman ölkələrində olduğu kimi, İranda da donuz əti istifadə edilmir. Ətdən müxtəlif kabablar, fisincan, abquşt — lobya və tərəvəzlərlə bişirilmiş ət, quş əti və baliqdan ləvəngi hazırlanır. Baliq yeməkləri İranın şimal və cənub bölmələrində daha çox bişirilir, ölkənin digər bölmələrində baliq yeməkləri geniş yayılmayıb. Balığın bütün hissələri: kürüdən tutmuş, başına kimi, yemək üçün istifadə olunur

Badımcan, balqabaq, ispanaq, pomidor, xiyar, bibər, yaşıl lobya, paxla, soğan, sarımsaq və kök geniş yayılmış tərəvəzlərdir. İranda müxtəlif salatlarin, demək olar ki, əsasını badımcan təşkil edir. İranda çox yayılmış yemək növlərindən biri də — göyərti və yumurtadan hazırlanan, tavada bişirilən küküdür. Meyvələrdən əncir, citrus birkiləri, ərik, şaftalı, çirin və turş albalı, alma, armud, qaysı, gavalı, nar, üzüm və yemişin müxtəlif növlərini saymaq olar. Meyvə və tərəvəzləri ət və düyü ilə doldurub, müxtəlif dolmalar bişirirlər.

Image result for iranda çay

İranda ən geniş yayılmış içki növü çaydır (xüsusən qara çay). Digər ənənəvi içki növü ayran və şərbətdir. Qızılgül ləçəklərinin suda islanması vasitəsilə alınan ətirli su – gül suyu da İran mətbəxi üçün ənənəvi olsa da, bu maye daha çox caya, şərbətə əlavə edilərək istifadə edilir. Gül suyu, eləcə də, yeməklərin hazırlanması zamanı istifadə olunur.

İran çay istehsalına görə dünyada 7-ci yeri tutur. Əsasən şimal regionlarında yetişdirilən çay elə geniş yayılıb ki, evə gələn qonağa ilk növbədə  çay təqdim olunur. Bundan əlavə, ayran və meyvə suyunu çox içirlər. Kola və alkoholsuz pivə də çox istifadə olunur.

 

Aydan Kərimli

Ä°ran Kebap Yemekleri

IRan_beer

Ä°ran Yemekleri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir