pizza

“Harda nə yeyək?” – İTALİYA MƏTBƏXİ

Baxış sayı: 1. 475

“Gencaile.az” saytının “Harda nə yeyək? rubrikasında bu həftə İtaliya mətbəxindən nümunələrlə tanış olacaqsınız.

 

İtalyan mətbəxi dünyanın ən zəngin mətbəxlərindən biridir. İtalyan mətbəxinin tarixi e. ə. IV əsrə qədər uzanır. XVIII əsrdə Amerika qitəsindən gətirilən tərəvəz və meyvələr sayəsində böyük bir dəyişikliyə məruz qalmışdır. İtaliya mətbəxi haqda daha bir məlumat isə ondan ibarətdir ki, İtalyan mətbəxinin tarixi köhnə mədəniyyətlərə dayanır. Etrüksler, Romalılar, Finikyalılar, Gotların, Seasenlər, Normans, İspanlar və Avstraliyalılar İtalyan mətbəxində böyük təsiri olmuşdur. Qərb və Fransız mətbəxinin İtalyan mədəniyyətindən təsirləndiyi deyilməkdədir.

 

İtalyan mətbəxi bölgələrə görə dəyişilir. Tərəvəz və xəmir işləri ( makaron və pizza) daha çoxluq təşkil edir. Pendir və şərab İtalyan mətbəxinin əhəmiyyətli elementləri arasındadır. Qəhvə ( xüsusilə də espresso) İtalyan mətbəxində əhəmiyyətli bir yer tutar.

Пицца в Италии

“Yeyin, dua edin və sevin” filminin qəhrəmanın ilk üz tutduğu məkan İtaliya olur. Burada o, əylənir, kefi istədiyi qədər yerli şirniyyatlardan dadır və sözün əsl mənasında, neçə vaxtdır yığılıb qalan stressini bənzərsiz İtaliya mətbəxinin sayəsində atır… Dünyanın ən dadlı pizzasını yemək üçünsə o, dostları ilə birlikdə Neapola yollanır. Axı dünyanın ilk pizzası məhz Neapolda bişirilib. Neapol Pizzasının dadı sizə bütün problemlərinizi unutduracaq qədər ləzzətlidir.

İtaliya mətbəxi həm də ləziz pendiri ilə tanınır. Təsadüfi deyil ki, mozzarela və parmezan italyan pendirinin populyarlığı digər yeməklərdən heç də az deyil. İtaliyaya təkcə bu pendirə görə getmək lazım deyil, onların ev pendir də çox dadlıdır.

Итальянский сыр Моцарелла

Axşam yeməklərində İtalyan süfrəsinin ayrılmaz bir parçası İtalyan şərabı… Şərab yalnız xüsusi günlər üçün hazırlanan yeməklə içilən bir içkidən kənar gündəlik bir vərdişdir. Şərab bir ehtirasdır. Başqa sözlə, İtaliya haqqında təəssüratları məşhur Toskana şərabı ilə yerli qoyun pendiri, ağ göbələk və ya trüfelin vəhdəti ideal şəkildə tamamlayacaq… Bilməyənlər üçün qeyd etməliyik ki, Toskana İtaliyada şərabçılıq mərkəzi hesab edilir.

Вина Тосканы.jpg




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir