yemekler

“Harda nə yeyək?” – MALTA MƏTBƏXİ

Baxış sayı: 1. 129

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə Malta mətbəxi haqqında məlumat verəcəyik.

 

Malta mətbəxində İtaliya, İspanuiya, İngiltərə və Ərəbistan kulinariyasının təsirləri hiss olunmaqdadır. Məhz həmin təsirlərin nəticəsidir ki, ölkənin mətbəxi çox çeşidli olması ilə fərqlənir.

Ada ölkəsi olmasından dolayı Maltanın mətbəxində dəniz məhsullarından hazırlanan yeməklər xüsusi yer tutur. Ümumiyyətlə, Aralıq dənizi mətbəxinin resepti  sahilində yerləşən ölkələr arasında müəyyən qədər fərqlənsə də təməl prinsip eynidir. Zeytun yağı əsas yağdır. Tərkibi daha çox meyvə, tərəvəz, paxlalılar, kəpəkli taxıllar, qoz, fındıq, fıstıq, balıq və bir badə qırmızı şərab, nisbətən  az  qırmızı ət, işlənmiş ət, şirniyyat, yumurta və süd məhsullarından ibarətdir.

fenkata

Malta mətbəxində dovşan ətindən geniş şəkil istifadə olunur. Hətta ölkə mətbəxində dovşan ətindən hazırlanan yeməklər ən məşhur qidalar arasında ön sıralardadır. Yerli əhalinin dovşan ətindən hazırladığı və fenkata adını verdiyi yemək az qala ölkənin milli yeməyi adlandırıla biləcək qədər populyardır.

Maltada həmçinin şorbalar da ən çox yeyilən yeməklər sırasındadır. Balıq şorbası ilə bibər, sarımsaq, pomidor və bir sıra tərəvəzlərin qarışımından hazırlanan şorbaları xüsusi qeyd etmək lazımdır. Soppatal-arma (dul qadın şorbası) yerli mətbəx üçün olmazsa, olmaz deyilə biləcək 5-6 yeməkdən biri hesab olunur.

soppa-tal-armla

Yuxarıda da qeyd etdiyimiz kimi, Maltada ən məşhur içki növü qırmızı şərab sayılır. La Valetta Vin Rouge ən populyar şərab növüdür. Bundan başqa, Verdala Bianco Seçço, Verdala Rose və Verdala Mosçato adlandırılan şərablar da ən çox içilənlərdəndir.

Image result for . La Valetta Vin Rouge

 

 

Aydan Kərimli

 

Image result for malta mutfağı

timpana

 

tortatal-lampuki

Image result for malta mutfağı

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir