Qastronomiya

“Harda nə yeyək?” – PORTUQALİYA MƏTBƏXİ

Baxış sayı: 1. 509

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə Portuqaliya mətbəxi haqqında danışacağıq.

 

Ölkə Atlantik okeanının sahilində yerləşdiyi üçün dəniz məhsulları və balıqla boldur. Bu isə o deməkdir ki, ən ləzzətli treska-bakalyau yeməyini, kaldo verdo şorbası, qızardılmış sardinyanı siz yalnız Portuqaliyada dada bilərsiniz. Yuxarıda sadalanan xörəklərlə yanaşı, mütləq karapau balığın da yoxlayın. Yerli restoranlarda balığı adətən qrildə hazırlayır, onlardan ədviyyatların dadlı və iştahaçıcı iyi gəlir.

Qastronomiya

Ümumiyyətlə, Portuqaliya mətbəxi heç kimin laqeyd qala bilmədiyi həm də qastromoniya məntəqəsi kimi tanınır. Məsələn, çoxları fransız və italyan pendirinin dünyada çox məşhur olduğunu bilir, amma çox az adam bilir ki, Portuqaliya pendiri adlarınızı çəkdiyimiz iki ölkənin pendirindən heç də geri qalmır. Dequstasiyaya keyju freska adlı pendirdən başlayın. O, çox təmiz, yüngül və dadlı inək südündən hazırlanan pendirdən başlayın.

Portuqaliyanın zeytun yağı da xüsusi diqqətə layiqdir. Qeyd etmək lazımdır ki, o, dünyanın ən yaxşı bitki yağlarından biri sayılır. Səyahətdən geri qayıdanda ev üçün bir butulka Portuqaliya zeytun yağı alsanız, təəssüflənməyəcəksiniz.

Portuqaliyada yüzlərlə növ desert və şirniyyatlar hazırlanır. Bu, dadlı və təzə bulka, sloyka, kökələr, kremli, qozlu və badamlı biskvit, marsipan və şəkərlənmiş meyvələr ola bilər. Lakin ilk növbədə sonyuş (tərcümədə – “xəyal” və “yuxular”) adlı şirniyyatın dadına baxmağa çalışın. Şirniyyat sevənlər onu yüksək qiymətləndirəcək.

 

Portuqaliyalılar şərabı çox sevirlər. İçki Portuqaliyada o qədər çoxdur ki, portuqal xalqı demək olar ki, ondan hər naharda istifadə edilir. Portuqaliya şərabından söhbət gedirsə, şübhəsiz ki, ilk növbədə ağıla portveyn gəlir. Fadu musiqinin sədaları altında onun dadına baxmamaq günahdır. Yeməkdən sonra portuqallar portveyni zövq və əhval-ruhiyyəni qaldırmaq üçün içir.

Ağ Portuqaliya şərabı isti havalarda bədəni sərinləşdirmək üçün ideal içkidir, o, beyni canlandırır, lakin dumanlandırıb sərxoş etmir. Sadəcə yüngül zövq verir. Bu səbəbdən də ağ şərab Portuqaliyada insanların su və ya meyvə suları kimi istifadə etdiyi kütləvi içki növüdür. Mağazada siz iki, ya üç avroya “Setubala”, “Alenteju” kimi yerli şərablar tapa bilərsiniz.

Ağ şərabın alternativ variantı kimi vinho verde (yaşıl şərab) təklif olunur. Tünd dadları sevənlər qırmızı çaxır üzərində dayana bilər.

Portuqaliyalıların “çiyələk arağı” adlandırdığı likör dadlı və kifayət qədər möhkəm içkidir. Yer gəlmişkən, likör də portuqaliyalıların ən çox sevdiyi içkidir. Onu çiyələk ağacından hazırlayır.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir