yemek

“Harda nə yeyək?” – UKRAYNA MƏTBƏXİ

Baxış sayı: 1. 452

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə Ukrayna mətbəxi haqqında məlumat verəcəyik.

 

Haqqında danışdığımız Ukrayna mətbəxi dünyada özünəməxsus yer tutması ilə seçilir. Bu ölkənin kulinariya nümunələri xususən Şərqi Avropada məşhurdur. Yerli mətbəx nümunələri ölkənin regionlarına görə müxtəlifliyi ilə fərqlənir.

Ukraynada şorba xüsusi ilə geniş yayılmışdır. Məsələn, çuğundur, kələm, kartof, pomidor, yerkökü, soğan, sarımsaq ilə hazırlanan tərəvəz şorbası olan borşu qeyd etmək yerinə düşər. Ümumiyyətlə, Ukrayna borşunun təxminən 30 növü var var və bəzi borş növlərinə ət və ya balıq daxil edilir. Bundan əlavə, donuz əti və kələm ilə hazırlanmış Kapusniak , duzlu xiyar ilə hazırlanan Rosolnik, ət, balıq, göbələk və müxtəlif  tərəvəz turşusu ilə hazırlanan qalın, ədviyyatlı, turşlu şorba olan  Solyanka, bibər və müxtəlif növ balıqlardan hazırlanan Yuşka, doğranmış yumurta, xama qarğıdalı və digər müxtəlif  tərəvəzlərlə hazırlanan Yaşıl borş kimi şorbaları da vurğulamaq lazımdır.

Картинки по запросу UKRAYNA BORŞU

Ukrayna mətbəxi həmçinin salatları ilə də tanınır. Bu mənada yerli əhalinin kovbasa adını verdiyi və qaynadılmış donuz, toyuq və ya mal ətindən hazırlanan salatı, həmçinin yağlı balıq ilə hazırlanan salonu, ət və ya balıq ilə hazırlanan xolodeti, eləcə də  bişirilmiş çuğundur, bişirilmiş və doğranmış kartof, soğan, yerkökü, bəzən günəbaxan yağı və duzla qarışdırılaraq hazırlanan Vineqred salatını qeyd etmək olar.

Картинки по запросу babka,

Yerli əhali çörəkdən çox istifadə etməsi ilə seçilir. Təsadüfi deyil ki, yerli mətbəxdə babka, bublik, kalaç, korovay, palyanitsia, pampuşi və s. bir neçə adda çörək növü var.

 

Ukrayna mətbəxində içkilər də xüsusi yer tutur. Bu baxımdan əsas qeyd olunmalı olanlar isə horilka, ber, vayn, mid, valivka kimi alkoqollu və üzvar, kvas, kəfir ryazanka kimi alkoqolsuz içkilərdir.

Картинки по запросу lviv şarabı

Hazırladı: Aydan Kərimli

 

 

Картинки по запросу UKRAYNA MUTFAĞI

Картинки по запросу UKRAYNA MUTFAĞI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir