yemek

“Harda nə yeyək?” – YUNANISTAN MƏTBƏXİ

Baxış sayı: 1. 352

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə Yunanıstan mətbəxindən bəhs edəcəyik.

Dünyada ən məşhur yunan yeməyi təbii ki, yunan salatıdır. Onun hazırlanmasında yeganə sirr – təzə tərəvəzlər, üstəgəl yaxşı zeytun yağıdır. Yunan salatını yol kənarındakı kafelər və bahalı restoranlar daxil olmaqla hər yerdə sifariş etmək olar. Digər məşhur yunan yeməkləri çaçiki (yoqurt ilə sarımsaq və xiyar), musaka (badımcan ilə zapekanka) və suvlakidir (kabab). Əgər şık restoranda şam yeməyi istəyirsinizsə, onda siz Mikonos adasına yollanın. Belə ki, Psaru çimərliyindəki “Nammos” restoranı ölkənin ən dəbdəbəli məkanı sayılır. Ümumiyyətlə, yunan mətbəxində tərəvəz və zeytun yağından çox istifadə olunduğu üçün onların yeməkləri ləzzətli olduğu qədər faydalıdır. Burada müxtəlif balıq növlərinin də dadına baxmaq mümkündür. Yunanıstan mətbəxi yağlı və ətirli yeməkləri üstünlük təşkil edir. Milli yeməklərin əksəriyyətinə əsas qoyun və dana əti xidmət edir. Geniş çeşiddə balıq və ət yeməkləri süfrəyə müxtəlif souslarla təqdim olunur. Yunanıstanda yayılmış ən məşhur sous isə mezedir. Yunanlar sağlam qidalansalar da, fastfodları da çox sevir. Məsələn, hamının tanıdığı şaurma burada da çox məşhurdur. Amma dadlar əlbəttə ki, kəskin fərqlənir. Çünki onun tərkibində keyfiyyətli ət istifadə olunur. Ümumiyyətlə, yunanların fastfoodları Avropada ləzzəti və keyfiyyəti ilə tanınır.

Image result for цацики

 

Şirniyyatlar cənnətinə xoş gəlmisiniz!

Yunanıstanı cəsarətlə şirniyyatlar cənnəti adlandırmaq olar. Odur ki, Yunanıstanda pəhrizləri unudun getsin. Şirniyyatların dadına gəldikdə ögeylik hiss etməyəcəksiniz. Belə ki, yunan şirniyyatlarının əksəriyyətinin türk taamları ilə yaxın qohum olduğunu demək olar. Hər halda halva, paxlava və revaninin türk mətbəxinə də aid olduğunu hamımız yaxşı bilirik. Dondurma və ya qaymaqla servis edilən mastika isə daha sərtdir.

Вино. Греция

Yunan içkiləri dünyada çox məşhurdur. Ən geniş yayılmış və ucuz şərab Reçinadır. Bu şəraba şam qozaları orijinal dad verir. Yunanlar onu koka-kola ilə qarışdırıb tündlüyünü zəiflədirlər. Daha nəfis içki həvəskarlarına “Carras Porto” və ya “Biblia Hora” şərablarını məsləhət görürük. Afonada ağ Kormilitsa şərabı istehsal olunur. Yeri gəlmişkən onu ancaq bahalı restoranlarda və milyarder süfrələrində təqdim edirlər. Tünd içkilər arasında yunanlar yerli anis arağına üstünlük verir. “Metaksa” ən məşhur yunan spirtli içkisidir. Onu ya qatqısız, ya da kokteyllərdə içirlər.

 

AYTƏN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir