QİDALAR

Hazır qidalar kişilərdə sonsuzluq yaradır – ARAŞDIRMA

Baxış sayı: 1. 337

Qadın sonsuzluğu ilə yanaşı kişi sonsuzluğu da son vaxtlar tez-tez rastlanan ciddi problemlərdən birinə çevrilib. Kişi sonsuzluğunun səbəbləri müxtəlif ola bilər. Bunlara genetik səbəblər, yaşanmış iltihabi xəstəliklər, doğuş zamanı yaşanan problemlər, kimyəvi yan təsirlər ola bilər. Bundan başqa sürətli yaşam tərzi və bu cür yaşam tərzinin ayrılmaz tərkib hissəsi olan hazır qidalar da sperma keyfiyyətinə mənfi təsir göstərir. Bu, aparılan araşdırmalar zamanı təsdiqlənib. “Gencaile.az” həmin araşdırmanın nəticələrini təqdim edir.

Aparılan araşdırmaya görə, sosiska, kolbasa kimi qırmızı ət məhsullarının sperma morfologiyasına mənfi təsir göstərdiyi,  balıq məhsullarının isə sperma keyfiyyətini artırdığı ortaya çıxıb.

156 kişi üzərində aparılan araşdırma nəticəsində bu kimi qırmızı ət məhsullarının sperma sayını azaltdığı, ancaq dəniz məhsullarının sperma sayında artıma səbəb olduğu müəyyənləşib. Ağ ətli balıq məhsullarının tərkibindəki sink kişi spermasına müsbət təsir göstərir.

Spermanın dostu kök   

Spermaya faydalı olan kökün tərkibindəki antioksidanlar hüceyrə pərdələri və DNA-a zərər verə bilən sərbəst radikalları təsirsiz hala gətirir. Kökdəki rəng verən karotenoid kimyəvi maddəsi digər meyvə və tərəvəzlərdən fərqli olaraq sperma səviyyəsi və keyfiyyətini artırır.

Kişi sonsuzluğu testlə müəyyən edilə bilər        

2-7  gün ərzində davam edən cinsi pəhriz sonrasında aparılan sperma testi, ultrasəs və həkim müayinəsi hansısa bir nəticəyə gəlməyə yetərlidir. Sperma sayı, hərkətliliyində və şəkil faktorlarında problem rastlanarsa, bu, uşaq sahibi olmağı əngəlləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir