koranavirus

Heç bir əlamət yoxdursa, koronavirusa yoluxduğumuzu nədən anlaya bilərik?

Baxış sayı: 709

Koronavirusun əsas özəlliyi odur ki, bir qrup xəstəliyi ağır keçirdiyi halda, digərlərində heç bir simptom özünü göstərmir. Mütəxəssislərin sözlərinə görə, bəzi insanlar COVID-19-a yoluxmalarından xəbər tutmaya bilər.

Türkiyəli tibbi mikrobiologiya mütəxəssisi, professor Aynur Eren Topkaya insanların koronavirusa yoluxub-yoluxmadığını ancaq antikor testləri sayəsində öyrənməyin mümkün olduğunu deyir.

“Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlərə xəstəliyi asimptomatik keçirənlər daxil deyil. PZR (Polimeraz zəncir reaksiyası) testləri yalnız xəstəliyin bir çox əlamətlərinin müşahidə olunduğu xəstələrə edilir. Xəstəliyi asimptomatik keçirənlər əsasən gənclər, qadınlar, ürək, diabet və hipertoniya kimi əsas xroniki xəstəlikləri olmayan insanlardır.

Vücudumuz infeksiyaya cavab olaraq antikorlar meydana gətirir. Bu antikorlar immunoqlobulin adlanan zülallardır. Antikor testləri ilə infeksiyaya cavab olaraq meydana gələn immunoqlobulinlərin IgG, IgA, IgM analizi edilir. Antikorlar infeksiyaya yoluxmuş insanların qanında olur. Antikor testləri ilə simptomları az olan və ya olmayan infeksiyaları aşkar etmək olar”, – professor qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir