ev

Heç gözləmədiyiniz radiasiya mənbələri

Baxış sayı: 249

Hamımız radiasiyanın birbaşa mənbələrini tanıyırıq: atom elektrik stansiyaları, mikrodalğalı sobalar, nüvə silahı, Yaponiyanın və ya Ukraynanın müəyyən əraziləri və s. Bununla belə, daha az məlum olan radiasiya mənbələri haqqında da bilməlisiniz, çünki təəssüf ki, radioaktivliyi ilə bağlı heç şübhə belə etmədiyiniz şeylər vardır.

 

Braziliya cevizi

Sübut olunub ki, bu məhsul dünyada ən radioaktiv məhsullardan biridir. Mütəxəssislər müəyyən ediblər ki, Braziliya cevizi yedikdən sonra insanın sidik və digər ifrazatları radioaktiv maddələrlə dolu olur.

Bunun səbəbi çox sadədir: Braziliya cevizi ağacının kökləri yerin o qədər dərin qatlarına qədər gedir ki, orada çoxlu təbii radiasiya mənbəyi olan radium udurlar.

 

Nyu-York vağzalı

Nyu York Mərkəzi Dəmiryolu Vağzalı dünyanın ən böyük vağzallarından biridir. Şübhəsiz ki, oradan yolu düşənlərin çoxu həmin vağzalın dünyanın ən radioaktiv yerlərindən biri olduğunu bildikdə təəccüblənəcəklər. Vağzalın radioaktiv olmasına səbəb onun divarlarının, həm də özülünün qranitdən qurulmasıdır. Bu materialın təbii radiasiyanı saxlamaq qabiliyyətinə malik olduğu çoxdan məlum olub. Nyu Yorkdakı mərkəzi dəmiryol vağzalında radiasiya səviyyəsinin bütün icazə verilən normaları aşdığı sübut edilmişdir. nBu, yalnız nüvə stansiyalarının yaydığı radiasiya səviyyəsi ilə müqayisə edilə bilər.

 

Denverdə həyat

Elmi faktlar göstərir ki, nə qədər yüksəyə qalxsaq vücudumuza bir o qədər çox kosmik radiasiya keçir. Planetimizi əhatə edən atmosfer təbəqələrinin sayı yuxarıya doğru azalır. Buna əsaslanaraq, yerdən uzaqlaşdıqda zərərli radiasiyadan daha çox təsirlənirik.

Denver şəhəri dəniz səviyyəsindən təxminən iki kilometr yüksəklikdə yerləşdiyindən oranın sakinləri hər gün güclü radiasiya problemi ilə üzləşirlər. Nəticədə insanlar aşağıda yerləşən şəhərlərdə yaşayanlardan təxminən iki qat çox radiasiyadan əziyyət çəkirlər. Lakin radiasiyanın yüksək səviyyədə olmasına baxmayaraq, elm maraqlı bir qanunauyğunluğu da təsdiq edir: dağlıq ərazilərdə ömür uzunluğu daha yüksəkdir.

 

Çıxışa işarə edən nişanlar

Gündəlik həyatda hər birimiz müəyyən yerlərdə giriş və çıxışı göstərən işarəyə rast gəlirik. Bu xüsusi işıqlı işarə insanlara müxtəlif təbii fəlakətlər zamanı qaçmağa yol göstərir. Tamamilə qaranlıq yerdə belə həmin nişanların üzəri parıldayır. Bəs bu işıqlanma hardan yaranır?

Nişanın içərisində olan hidrogenin radioaktiv izotopu sayəsində belə bir parıltı effekti əldə edilir. Ancaq başqa bir təhlükə var: əgər güclü bir zərbə və ya başqa bir cisimlə toqquşma baş verərsə, nişan qırılarsa, havaya düşən radioaktiv izotoplar bütün əraziyə yayıla və insan sağlamlığı üçün təhlükəli ola bilərlər.

 

Banan

Braziliya cevizi kimi, bu məhsul da özündə çox miqdarda radiasiya ehtiva edir, yeganə fərq, Braziliya cevizində zərərli radiasiyanı udan ağacın kökləridir, bananda isə radioaktivlik meyvənin genetik kodlarında mövcuddur. Ancaq bu meyvəni sevənlər sakit ola bilər: çünki ən az 5 milyon banan yeyilərsə, radiasiya xəstəliyinin yaranması təhlükəsi yarana bilər. Hər bir halda bu meyvəni yeyərkən ehtiyat üçün diqqətli olmalısınız.

 

Qranit dəzgah

Mətbəx interyerində son vaxtlar istifadə olunan bu detal radiasiya mənbəyinə çevrilə bilər. Yuxarıda da dediyimiz kimi, qranit təbii radiasiya mənbəyidir. Buna görə, mətbəxdə qranit dəzgah varsa, radiasiya almaq təhlükəsi artır.

 

Siqaret

Hamıya məlumdur ki, siqaret çəkmək insanların ən zərərli vərdişlərindən biridir. Hər gün tütünün zərərləri barədə kütləvi informasiya mənbələrində xəbərlər yayılır. Tütünün tərkibində sən demə, radioaktiv izotoplar da var imiş. Siqaret çəkərkən polonium adlandırılan həmin zərərli element də insan orqanizminə daxil olur və onkoloji xəstəliklər yaradır.

 

Parıltı

Nəşrlərin tirajını və satışını artırmaq üçün kağızlara parıltı vurulur. Müştərinin gözünə cəlbedici görünsə də, həmin parıltının içərisində ağ gilin bir növü olan kaolin maddəsi istifadə olunur. Kaolinin tərkibində uran və torium kimi radioaktiv elementlər var.

 

Köhnə şüşə və keramika

Çoxlarımız köhnə qabları atmırıq işlədirik və ya bir şeyin və ya əziz birinin xatirəsi olaraq saxlayırıq. Ancaq mütəxəssislər köhnə qablardan dərhal qurtulmağı məsləhət görürlər. Onların sözlərinə görə, 1960-cı ilə qədər hazırlanmış bir çox saxsı və şüşə əşyalar artıq radioaktivdir. Daha çox qırmızı və narıncı rəngli köhnə qabların tərkibində uran olduğu bildirilir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir