geyim

Heç vaxt dəbdən düşməyən geyimlər

Baxış sayı: 1. 746

1970-ci illərdə başlayan ən gözəl moda trendləri hazırda da istifadə olunur. “Gencaile.az” sizə heç vaxt dəbdən düşməyən geyimləri təqdim edir.

 

Şüarlı köynəklər

Bu sezon da bir çox məşhur markaların hazırladığı şüarlı köynəklər dəb dünyasında özünə yer tutur. 40 il öncə də dəbdə olan bu köynəklər stil və modeli belə dəyişmədən günümüzdə də istifadə olunur.

 

Gen ətəkli şalvarlar

Gen ətəkli şalvarların sadəcə hazırda istifadə olunduğunu sanırsınızsa, yanılırsınız. Çünki bu şalvarları qadınlar hər zaman seçirlər.

 

Dizüstü çəkmələr

Uzun boylu qadınların ən çox seçdiyi dizüstü çəkmələr bizə keçmişdən yadigardır. Həm göstərişli, həm də soyuq havalar üçün ideal olan bu çəkmələr uzun illərdir olduqca dəbdir.

 

Şərf

1970-ci illərdə bizə fransızlardan xatirə qalan şərflər uzun illərdir podium və küçələrdə istifadə olunur. Özünə aid zərif və romantik əhvalı ilə istifadə edildiyi kombinə gözəllik verir.

 

Həsir çantalar

Bu sezon həsir çantaları moda kulislərində sıx görürük. Dünyaca məşhur markalar uzun illərdir bu çantaları kolkeksiyalarında təqdim etmək üçün bir-biri ilə yarışır.

 

Qələm ətəklər

Qarderobunuzda hər zaman olmalı parçalardan biri də qələm ətəklərdir. İstər işdə, istərsəniz də dəvətlərdə istifadə edə biləcəyiniz bu ətəklərə mütləq sahib olmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir