yer

Heç vaxt gedə bilməyəcəyiniz 5 gizli yer – FOTOLAR

Baxış sayı: 1. 554

Bütün dünyanı başdan-başa gəzmək demək olar ki, mümkün deyil. Lakin dünyada elə yerlər var ki, oralara istəsəniz də, gedə bilməzsiniz. Qısası, bu ərazilərə giriş qadağan edilib və yalnız müəyyən şəxslər üçün açıqdır.

“Gencaile.az” Seyyah.com-a istinadən gedə bilməyəcəyiniz 5 gizli yeri təqdim edir:

Mount Veather, Virciniya, ABŞ

Mount Veather ABŞ hökumətinin gizli sığınacaqlarından biridir. 1958-ci ildə “Soyuq müharibə” dövründə qurulan bu ərazi fövqəladə hadisələr zamanı kompleks tədbirlər görülmək üçün istifadə olunur. Əraziyə sadəcə yüksəkvəzifəli dövlət rəsmilərinin girişinə icazə verilir. Yerin altında geniş ərazini əhatə etdiyi və çox ciddi şəkildə qorunduğu bildirilir.

Vale Do Javari Reservation, Braziliya

Ərazi Amazon meşələrində yaşayan 14 qəbilədən 2000 yerli sakini qorumaq üçün nəzarətdə saxlanılır. Bu qəbilələr müasir dünyadan tədric olunmuş şəkildə yaşayırlar. Bölgəyə giriş rəsmi şəkildə qadağan edilib.

Klub 33, Nyu Orlean, ABŞ

Bu ada Bermud üçbucağı və Şimal Qütbündən sonra dünyanın üçüncü ən güclü maqnit sahəsidir. Ərazidə texnika öz funksiyalarını itirir və kompas belə yanlış istiqaməti göstərir. İspaniya hökuməti adaya girişi rəsmi şəkildə qadağan edib.

Svalbard toxum anbarı, Norveç

Norveçin Longyearbyen şəhərindəki anbarın məqsədi dünyadakı bütün bitkilərin toxumlarını qorumaq və nəslinin tükənməsinin qarşısını almaqdır. 2008-ci ildə qurulan anbar dağın 130 metr dərinliyində, mənfi 18 dərəcə ərazidə yerləşir. Əraziyə heç kimin girməsinə icazə verilmir. 9 milyon dollara başa gələn anbarda 4 milyondan çox toxum saxlanılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir