yatmaq

Heç vaxt yorulmayan adamların 9 VƏRDİŞİ

Baxış sayı: 1. 402

Gün ərzində hədsiz enerjiyə sahib, yorğunluqdan şikayət etməyən biri olmaq istəyirsinizsə, bəzi vərdişlərə yiyələnməniz lazımdır. Yaxşı dincəlmiş biri olmaq üçün gün ərzində enerjinizi yüksəldib, günün sonunda yuxu gətirəcək rejimi təyin etməniz lazımdır. “Gencaile.az” belə insanların sahib olduğu 9 vərdişi təqdim edir.

 

Təxirəsalma düyməsinə basmırlar

Zəngli saatı dəqiqələrlə təxirə salmaq yorğun bir insanın ən böyük düşmənidir. Gün boyu sizi daha çox yorğun hiss etdirir. İlk zəngdən sonrakı yuxu pozulmuş yuxudur. Bu vərdişi tərgitmək sizə daha çox fayda verəcək.

 

Səhər yeməyində nadir hallarda çörək yeyirlər

Çörək enerji versə də, gün ərzində enerji azlığı yaşada bilər. Çörək yerinə yüksək proteinli, daha az şəkərli qidalar yeyin.

 

Günorta yeməyindən sonra qəhvə içməzlər

Saat 4-dən sonra yorğunluğu aparmaq üçün bir fincan kofein istəyirsinizsə, səhv etmiş olursunuz. Gün ərzində gec qəbul edilən kofein gecə yuxusuna mane olur. Yatmadan 6 saat əvvəl kofeindən uzaq durun.

 

Siqaret çəkməzlər

Qan dövranına çatan oksigeni azaldaraq enerjini bitirir. Yuxuda qalma problemindən daha az əziyyət çəkirlər.

 

Gün ərzində iş yoldaşları ilə danışırlar

Kompüter arxasındakı ləzzətdən ayrılmaq istəməyə bilərsiniz. Ancaq  zehninizin yorulduğunu hiss edirsinizsə, kompüter arxasından qalxıb iş yoldaşınızla söhbət edin. Sizi xoşbəxt, oyanıq  edəcək.

 

Yataqda heç nə izləməzlər

Cihazınızın işığı yuxunuzu qaçırır, səhərlər key kimi olursunuz. Texnologiyalarınızı yataq otağından bayırda tutun.

 

Yuxuya getmədən əvvəl gözəl şeylər düşünürlər

Gözəl hadisə, rahatladan bir şeyi düşünmək tez yuxuya getmənizə kömək edəcək.

 

Ev heyvanları ilə yatmazlar

Ev heyvanı ilə yatanların 30 faizi hər gecə yuxudan ən az bir dəfə oyanır.

 

Corabla yatırlar

İsti ayaqlar daha tez yuxuya getmənizə kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir