Həftədə cəmi 4 gün işləmək… xəyal deyilmiş…

Baxış sayı: 3. 116
Ötən il Beynəlxalq Əmək Təşkilatı 4 günlük iş həftəsi təklifi ilə çıxış etmişdi. Alimlərin hesablamalarına görə, iş müddətinin azaldılması təkcə işçiyə yox, rəhbərliyə də xeyir imiş. Detallar barədə bir qədər sonra. Təəssüf ki, hələlik bu elmi araşdırma təşəbbüs olaraq öz təsdiqini tapmadığı üçün həyata da keçməyib. 
Yaxşı, nədir bu 4 günlük iş rejiminin faydaları? Bir-bir sadalayaq.
SAĞLAMLIQ 
Bu, işçilərə sağlamlıq problemlərindən qaçmağa imkan verir. Ürək-damar xəstəlikləri, mədə-bağırsaqdakı problemlər, baş ağrıları, əsəb pozğunluğu –  bütün bunlar çox çalışmanın fəsadları ola bilər. Hətta dünyaca məşhur işxorlar olan yaponlar belə çox işləməyin əks təsiri, gərginliyin ölümlə nəticələnəcəyi barədə maraqlı bir atalar sözü fikirləşiblər: ofisə hamıdan tez gələn adam “idiotdur”.
XOŞBƏXTLİK 
İş vaxtlarının azaldılması insanlara öz yaxınları ilə daha çox vaxt keçirməyə imkan verir. Bu isə stressi azaldır. Axı stress, anormal iş rejimi olan insanları öz iş yoldaşları ilə daha çox konfliktə cəlb edir. Bu isə xoşbəxtliyi azaldır.
İŞ YERLƏRİNİN SAYINI ÇOXALTMAQ 
Dörd günlük iş həftəsi qazanan işçinin maddi durumunda da yaxşılaşma ola bilər. Belə ki, əgər istəsə, yerdə qalan 3 gündə sərbəst iş fəaliyyəti ilə məşğul olub, daha çox pul qazanmaq imkanı əldə edə bilər. İqtisadi böhran şəraitində bundan ideal vasitə düşünmək mümkün deyil. Bunu təkcə iş gününü yox, həftəlik iş saatını azaltmaqla da etmək mümkündür. Məsələn, Cənubi Koreyada iş həftəsi 44 saatdan 40 saata qədər azaldıldığı üçün insanların məşğulluq və yaradıcılıq faizi də artıb.
İş vaxtı heç də hər yerdə eyni deyil. Məsələn, Yunanıstanda bu orta hesabla 44 saatdır. Təəssüf ki, bu, ölkə iqtisadiyyatına o qədər də çox kömək etmir. Meksikada 48 saat olan iş həftəsi isə ölkə iqtisadiyyatına xeyir verir. Şimali Koreyadakı iş düşərgələrində isə vəziyyət faciəvidir – həftədə 110 saat.
İş saatı daha çox olan ölkələrin siyahısına isə Daminarka, Norveç, İsveç daxildir. Onluqda eyni zamanda İrlandiya, Almaniya, İsveçrə, Belçika, Avstriya və İtaliya da yer alıb. İlk üçlükdə yer alan ölkələrdə həftəlik iş saatı 33 saatdır. Almaniya, İsveçrə və Belçikada 35 saat, Fransada isə 36 saat.
Bir neçə il bundan əvvələ qədərsə 6 günlük iş norma sayılırdı. Məsələn, keçmiş SSRİ-də bu sistem Oktyabr İnqilabının 50 illiyi münasibətilə ləğv olundu və 5 günlük iş sisteminə keçildi. Bu keçid isə sosializmin uğuru kimi simvolizə olundu.
ABŞ-da həftəlik 40 saatlıq iş rejiminin əsası Henri Ford tərəfindən qoyuldu. 1922-ci ildə o, 48 saatlıq həftəlik iş rejimini qısaltdı və nəticədə gündəlik 8 saatlıq iş rejimi qüvvəyə mindi. O, bununla da işçilərinə daha çox sərbəstlik vermək, onların istehlak məhsulları, eləcə də avtomobillərin satın alması ilə bağlı göstəriciləri yüksəldi. Bu nümunəni daha sonra Virgin-in sahibi və yaradıcısı Riçard Brenson davam etdirdi. Dördgünlük iş həftəsinin tərəfdarları arasında “Google” firmasının yaradıcısı Larri Peyc və amerikalı milyarder Karlos Slim də yer alır.
 
“CNN Money” saytı 2014-cü il üzrə dünyada ən az həftəlik iş saatlarına malik  olan ölkələri sıralayıb.
1- Hollandiya
Hollandiyada orta həftəlik iş saatı 29 saatdır. Hollandiyalıların illik orta qazancları isə 47 min dollardır.
2-Danimarka
Danimarkada həftəlik iş saatı 33. Ölkədəki illik orta maaş 46 min dollardır.
3- Norveç
Orta hesabla həftəlik iş saatı 33. Norveçlilər ildə orta hesabla  44 min dollar qazanırlar.
4- İrlandiya
Orta hesabla həftəlik iş saatı 34. İrlandiyalıların illik orta qazancları isə 51 min dollardır.
5- Almaniya
Orta həftəlik  iş saatı 35. Almanlar ildə orta hesabla 40 min dollar qazanırlar.
 
6- İsveçrə
İsveçrədə həftəlik iş saatı 35. İsveçrəlilər ildə orta hesabla 50 min dollar qazanırlar.
7- Belçika
Belçikada işçilər həftədə 35 saat işləyirlər. İllik qazancları  44 min dollar.
8- İsveç
İsveçdə işçilər həftədə 36 saat işləyirlər. İldə isə orta hesabla  38 min dollar qazanırlar.
9- Avstraliya
Avstraliyada işçilər həftədə 36 saat işləyirlər.  İldə isə orta heabla 45 min dollar qazanırlar.
10- İtaliya
İtaliyada işçilər həftədə 36 saat çalışırlar. İtalyanların orta illik qazancları isə 34 min dollardır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir