mobil telefon

Həftədə iki iş gününü telefona sərf edirlər…

Baxış sayı: 1. 025

Hər gün orta statistik britaniyalı smartfondan istifadəyə 2 saat 13 dəqiqə və ya həftədə 16 saat sərf edir ki, bu da tam iki iş gününə bərabərdir.

“Vokruq Sveta”nın xəbərinə görə, britaniyalıların dörddə biri, həmçinin, mobil telefonu gündə 50 dəfə yoxlayır.

Məlumata görə, Böyük Britaniya əhalisinin üçdə biri (29 faiz) yatmazdan əvvəl mobil telefonu yoxlayır, 18 faiz bunu oyanandan dərhal sonra edir, 14 faiz gecə ayılan zaman mobil telefona baxır.

Gənclər isə telefonlardan daha çox istifadə edirlər. 18-24 yaşlıların təxminən yarısı (46 faiz) hər 15 dəqiqədə bir dəfə mobil telefonunu yoxlayır.

Bundan əlavə, yaşlı istifadəçilər də mobil asılılıqdan əziyyət çəkirlər. Belə ki, yaşlı insanların hər on nəfərdən biri telefonu tez-tez yoxlayır.

İstifadəçilərin mobil telefona sərf etdikləri vaxtın az hissəsini zənglər və SMS-bildirişlər tutur. Mobil telefonla digər istifadəçi ilə əlaqə yaratmaq üçün orta statistik istifadəçi həftədə üç saata yaxın vaxt sərf edir. Smartfonlardan əsasən sosial şəbəkə səhifələrinə, qurğuda saxlanılan fotoşəkillərə baxmaq, eləcə də onlayn rejimdə alış-veriş etmək və ya bank əməliyyatları üçün istifadə olunur.

Britaniyalıların “selfie”yə həftədə 35 dəqiqə vaxt sərf etməsi onun getdikcə daha çox populyarlaşmasından xəbər verir. Onlar, həmçinin, bir o qədər vaxtı ön kameradan güzgü əvəzinə istifadəyə sərf edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir