735890_10200146742854261_507602178_o

“Həyat yoldaşımın peşəkar yaradıcılıq işlərinə qarışmıram” – MÜSAHİBƏ

Baxış sayı: 5. 784

“Gencaile.az” saytıının “Kişi sözü” rubrikasının bu dəfəki qonağı bir çox maraqlı telelayihələrin müəllifi, teleaparıcı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylidir.

 

–   Elçin müəllim, başlayaq elə “Kişi sözü”ndən – Sizin “Kişi sözü”nüzdən. Layihəni nə qədər uğurla sayırsınız?

– Kişi sözü layihəsini əslində uğurlu sayırdım. Hesab edirdim ki, Azərbaycanda buna bənzər layihə heç vaxt olmayıb və kişi sözü deməyə qadir insanların burda etiraf məqamı ola bilər. Çox təəssüf ki, Azərbaycan tamaşaçısı onu düzgün qiymətləndirmədi… ola bilər, hər bir layihə uğur qazanmaya bilər, ancaq mənə elə gəlir ki, pis layihə deyildi.

 

–  Bəziləri hesab edir ki, Siz yenidən “Space” kimi zəif təchiz olunmuş telekanala qayıtmalı deyildiniz, üstəgəl səs-küylü layihələrinizdən sonra bu layihə ilə…

–  “Space” telekanalının zəif və ya güclü təchiz olunması önəmli məsələ deyil. Məsələ odur ki, harda sənə meydan var. “Space”, onun rəhbərliyi mənə o meydanı Verdi. Və mən təbii ki, təkcə “Kişi sözü”nü yox, digər layihələrimi də orda uğurla həyata keçirə bilirəm. Vaqif Mustafayev yaradəcı insandır, rejissordur və biz bir-birimizi çox rahatlıqla anlayırıq. Mənə verdiyi dəyər, qiymət məncə, sərhədsizdir. Bilirsiniz, televiziya təkcə yaradıcılıq deyil, həm də biznesdir, bizim yaradıcılıq baxımdan yanaşmamız üst-üstə düşürsə, biznes baxımından işimiz bir-birini tamamlayırsa, o zaman əməkdaşlığımızda şübhəli məqamları ola bilməz.

 

– Formullarınızdan danışaq. Məsələn, bir aparıcı kimi qısa zamanda parladınız – bunun arxasında hansı formul dayanır?

– Qıa zaman deməzdim. 1995-ci ildən televiziyada fəaliyyətə başlamışam, baxmayaraq ki, ilk dəfə efirə 2004-cü ildə çıxmışam. O dövrə qədərsə televiziyanın bütün “qara” işlərini görmüşəm –  sözün yaxşı mənasında. Adi müxbirlikdən, özü də idman müxbirliyindən prodüsserliyinə qədər, “qara” işlərə qədər hamısını görmüşəm. Sonra redaktor olmuşam, sonra baş redaktor, production rəhbəri, bir kanalın bədii rəhbəri və yalnız bütün bunlardan sonra aparıcılıq statusunu əldə etmişəm. Məncə, bu, birdən-birə parlamaq deyil.

 

–         Sizi qonaqlarınızı danışmağa qoymamaqda suçlayırlar. Öz verilişinizə tamaşaçı kimi baxanda nə düşünürsünüz?

–         Mən moderatoram. Təbii ki, qonağı verilişimə niyə çağırdığımı çox gözəl bilirəm. Əgər birbaşa, birmənalı cavab vermirsə, bütün mümkün vasitələrlə, manipuliativ imkanlarla sualdan yayınmaq istəyirsə, mən də təkid edirəm ki, mənim soruşduğuma cavab verilsin, bu, moderatorluğun tərkib hissəsidir. Bunu qınamaq lazım deyil – bütün aparıcıların sosial maskası var, yəni yaratdığı obraz var: mən kiməm, mən nəçiyəm və mən niyə efirə çıxmışam. Bu suallara cavab verən aparıcı, təbii ki, öz qonağından öz istədiyini almalıdır. Ala  bilmirsə, bu, onun uğursuzluğudur. Bu yolu mən kəşf etməmişəm, mənə qədər bu yolda uğurlar əldə edən böyük aparıcılar olub, mən sadəcə, bu yolu davam etdirirəm – bir az özünəməxsus.Yəni hamı eyni rəngdə ola bilməz axı, cəmiyət onda gözəl olur ki, rəngarəng olur. Bu da bir rəngdir, ola bilər ki, mənim rəngim çox pisdir, xoşunuza gəlmir – tamam! Amma bu da olmalı idi məncə. Mən bunu bir televiziya tədqiqatçısı kimi deyirəm.

Image result for elçin əlibəyli

–         Siz televiziya mütəxəssisisiniz, televiziya və yaxın mövzularda kitabların müəllifisiniz. Ona görə də bu mövzuda yəqin ki, Sizin danışmaq hüququnuz bir çoxlarından daha çoxdur. Bizim telekanallarda ən qabarıq olaraq çatışmayan 3 cəhət sadalamalı olsanız, nələri sadalayardınız?

–         Televiziyalarda aparılmalı olan islahatlar barədə mən dəfələrlə yazmışam. 1 il öncə də öz bloqumda bu islahatların maddə-maddə təfsilatını vermişəm. Bilirsiniz, televiziya elə bir qonaqdır ki, çağırılmadan evimizə girir və bütün təfəkkürümüzü, düşüncəmizi, geyim tərzimizi, həyata baxışımızı, nitqimizi, zövqümüzü formalaşdırır, biçimləndirir və bizi öz istədiyi kimi yetişdirir. Televiziyalarda işləyən insanların intelektual səviyyəsi, ağlı, bilik sistemi, dünyagörüşü, eyni zamanda ideoloji möhkəmliyi çox vacibdir. Bu, həmişə olurmu?

 

– Telekanallarımızda hansı aparıcıların aparıcılıq keyfiyyətlərini, bacarıqlarını təqdir edirsiniz?

– Əslində, Azərbaycan teleməkanında çox istedadlı aparıcılar var. Və reytiqn cədvəlləri onun ən əsas göstəriciləridir. Mən şəxsləndirmək istəmirəm. Ancaq gerçəyi deyəndə gərək ad çəkəsən. Misal üçün götürək, Zauru. Zaurun aparıcılıq keyfiyyətləri, davranışı, verilişi idarə etməsi ümumiyyətlə qüsursuzdur. O insan çox ağılla, məntiqlə, televiziya qanunlarına uyğun şəkildə verilişini idarə edir. Eyni sözləri mən Nanə haqqında deyə bilərəm. Nanə çox maraqlı, çox ciddi vərdişləriolan aparıcılardandır. Eyni sözü mən Dilarə haqqında deyə bilərəm. Dilarə şou tipli proqramlarda əvəzsizdir. Çox maraqlı aparıcılar var əslində. Pis olanlar qeyri-peşəkarlardır və onlar tezliklə televiziyanı tərk edirlər. Ola bilsin ki, mən kimlərinsə adını çəkmədim, kimsə inciyəcək, ancaq elə deyil – reytinq cədvəlləri, tamaşaçı sevgisi ən gözəl ölçü vahididir. Mənim üçün ən yaxşı aparıcı, yəni “1 nömrə” Mirşahindir. Teleməkanımızın ən yaxşı moderator, siyasi tok şouların ən yaxşı aparıcısı odur.

Eyni zamanda, bir aparıcı var idi – hansı ki, efirdə çox görmək istərdim: Anar Yusifoğlu. Çox maraqlı, siyasi cəhətdən yüklənmiş, hazırlıqlı bir aparıcıdır. Onun istər tok-şouları, istər digər proqramları həmişə mənim diqqətimdə olub.  Düşünürəm ki, onun yeni uğurları olacaq və biz öz yazılarımızda bu faktları qeyd edəcəyik.

Ümumiyyətlə, hesab edirəm ki, aparıcılarımızın keyfiyyətləri, bacarıqları yetərincə yüksəkdir, sadəcə, biz onlara çox subyektiv baxırıq. Elə aparıcıları var ki, mən onların proqramlarına böyük maraqla baxıram, ancaq o proqram geniş kütlə üçün deyil. Amma onların istedadı danılmazdır, hərkəsin bir zamanı və öz tamaşaçısı var.

 

–    “Sarı gəlin” mahnısını ermənicə tam olaraq bilirsinizmi?

–    Bilirsiniz, bəzən insanın çox bilməyi onun başının ağrısıdır. Mən günahkar deyiləm ki, İrəvanda doğulmuşam, günahkar deyiləm ki, İrəvanda rus məktəbində oxumuşam, günahkar deyiləm ki, düşmənlərimizin dilini öyrənməyə məhkum olmuşam, günahkar deyiləm ki, mənzilimizin bütün əşyaları gözümün qarşısında yandırılıb və nəhayət, mən günahkar deyiləm ki, kiməsə nəyisə sübut etmək üçün mənbədən sitat gətirirəm. Əgər bu sitatı mənə qarşı kampaniya kimi istifadə etdilərsə, yenə günah mənim deyil. Günahkaramsa, dara çəkin məni. Ancaq mən sadəcə olaraq istəyirdim ki, biz danışanda əsaslı danışaq, boğazdan yuxarı yox, urapatriotizmlə yox, sənədlə, sübutla. Amma çox təəssüf ki, bu məsələni başqa cür yozdular və mən yenidən bu mövzuya qayıtmaq istəmirəm… Ancaq yenə deyirəm, düşmən mənəmsə, buyurun.

 

– Aynur Camalqızı ilə münasibətləriniz necədir?

– Aynur xanıma mənim həmişə hörmətim olub və bu gün də o hörmət qalır. Bir journalist kimi, bir insan kimi, bir ana kimi… üstəlik də onun yoldaşı mənim həmyerlim və çox yaxın dostumdur. Bizim bir-birimizə qarşı hörmətimiz, ehtiramımız həmişə qalacaq. Bir müddət əməkdaşlıq etdik, məncə, pis alınmadı və çox böyük hörmətlə, izzətlə ayrıldıq. Düzdür, ola bilər, indi sıx görüşə bilmirik, işlər, qayğılar çoxdur, ancaq səmimi hörmət, ehtiram, bir-brimizə qarşı olan  – xüsusilə onun yoldaşı ilə olan bağlar həmişə qalacaq.

<b>Elçin Əlibəyli və ailəsi - <font color=red>Fotosessiya</b></font>

–  Bir az da ailənizdən danışaq. Övladlarınız necə oxuyur?

–   Adətən mən ailədən danışmağı sevmirəm, çünki bu, çox şəxsi məsələdir. Ancaq qaldı ki, qızıma – o, çox erkən yaşından məşhurlaşdı – “Cinbala” kimi. Çox sevinirəm ki, çox yaxşı oxuyur, xüsusilə riyaziyyatı, dəqiq elmləri çox yaxşı oxuyur. Oğlumsa hələ məktəbə getmir, gedəndən sonra bu suala cavab verərəm (gülür – red.)

 

–   Həyat yoldaşınız karyerası barədə düşünməyə imkan tapıb, yoxsa başı uşaqlara qarışıb?

–  Həyat yoldaşım peşəkar kinorejissordur, 2005-ci ildən bugünədək mənim aparıcılıq etdiyim bütün layihələrdə rejissor kimi çalışıb, özü müstəqil olaraq bir neçə klip çəkib. Elə bilirəm ki, uşaqlara çox böyük diqqətlə yanaşmaqla yanaşı karyerasını da qurmağa davam edir. Çalışıram ki, mən onun peşəkar yaradıcılıq işlərinə qarışmayım, amma bütün hallarda yanındayam – məsləhətimi, iradımı deyirəm.

 

– Övladlarınız jurnalistikaya, teleaparıcılığa meyl etsə, siz…

– Övladlarıma birinci azadlığı öyrtəmişəm: insan azadlığını, seçim azadlığını. Və təbiiki, peşədə, ixtisasda hansı yönümü seçsələr, mənim üçün qəbulolunandır – heç bir halda onlara heç bir şeyi diqtə etməyəcəm. inanıram ki, kifayət qədər ağıllı qərarlar qəbul edib, özləri öz peşələrini müəyyən edəcəklər, buna görə də bu məsələ barədə ümumiyyətlə düşünməmişəm.

 

 

Söhbətləşdi: Vüsal

 

Image result for elçin əlibəyli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir