sevgi

Hisslərini ifadə edə bilməyən kişilərə qarşı necə davranmalı? – QADINLAR OXUSUN!

Baxış sayı: 210

Qəbul edək ki, kişilər hisslərini ifadə etməkdə qadınlar qədər bacarıqlı deyillər. Hadisələrin üzərindəki fikirlərini çox asanlıqla ifadə edə bildikləri halda mövzu hisslərə gəldikdə susurlar. Böyüdülmə tərzləri və cəmiyyətin kişilərə baxışı onların hisslərini ifadə etməsinin qarşısında bir əngəldir. Amma ən böyük əngəlin özləri olduğunu desək, heç də səhv olmaz.

Bir çox kişi hissləri baxımından özünü açmağı bir zəiflik olaraq görür. Xüsusilə münasibətlərin əvvəllərində qarşılaşılan bu hal bəzən xronikiləşir və münasibətiniz hansı mərhələyə gəlirsə gəlsin, davam edə bilir. Bəs bu zaman qadınlar nə etməlidir? Qarşınızda hiss baxımından əlçatmaz bir insan varsa, onunla bağlılıq qurmağınız necə mümkündür?

Onunla düzgün ünsiyyət qurmağı öyrənin 
Qarşınızdakı kişidən hisslərini açmasını gözləyirsinizsə, ilk olaraq aranızdakı ünsiyyətin sağlam olmasından əmin olmalısınız. Hər münasibətin özünəməxsus bir dili var və bu, hələ münasibətin əvvəllərində bəlli olur. Sizin münasibətinizdə hansı dil üstünlük təşkil edir? Bir-birinizə necə xitab edirsiniz? Mübahisə zamanı səslər yüksəlirmi? Kobud sözlər istifadə edirsinizmi? Bütün bu sualların cavabı düzgün ünsiyyət üçün vacibdir. Əgər münasibətinizdə ikinizə aid bir dil yarada bilsəniz, bu, təkcə sizə aid bir dünya qurduğunuz mənasını daşıyacaq.

Əvvəlcə hiss divarlarınızı yıxın
Qadınlar, adətən, eşq etirafını da, sevgi sözlərini də əvvəlcə kişinin deməsini gözləyir. Ancaq bu kişilər üçün də düşündüyünüz qədər asan deyil. Hissləri yox imiş kimi rəftar edilən, “kişilər ağlamaz” kimi cümlələrlə böyüdülən kişi üçün hisslərini ifadə etmək zənn etdiyinizdən daha çətindir. Buna görə də qarşınızda sizi sevdiyini bildiyiniz, ancaq hisslərini ifadə etməkdə çətinlik çəkən bir kişi varsa, ilk addımı atıb ona yol göstərməyi sınayın. Əvvəlcə siz divarlarınızı yıxın. İlk səni sevirəm deyən siz olun, içinizdən gəldiyi zaman sevdiyinizi göstərməkdən çəkinməyin. Bunun onu nə qədər xoşbəxt etdiyini anlayan partnyorunuz sizi də eyni şəkildə xoşbəxt etmək üçün addım ata bilərsiniz.

Gözləntiləriniz barəsində açıq olun 
Qarşınızda hisslərini yaşamaqdan qorxan biri var deyə istəklərinizdən əl çəkməyə məcbur deyilsiniz. Əlbəttə münasibətdə ortaq nöqtəni tapmaq vacibdir, amma bu, həmişə sizin fədakarlığınız ilə olursa, ortada bir problem var deməkdir. Bir kişi üçün heç vaxt etməməli olduğunuz şeylərdən biri də özünüzdən əl çəkməkdir. Buna görə də gözləntiləriniz barəsində açıq danışmalısınız. Partnyorunuzun sizinlə necə rəftar etməsi sizi xoşbəxt edər? Nə etməsi, ya da etməməsi sizi həqiqətən incidər? Hisslərini ifadə edə bilməməsi aranızdakı inamı azaldırmı? Hisslərini, problemlərini sizinlə bölüşməsi niyə vacibdir? Bütün bu sualları cavablandırıb partnyorunuzla bölüşün. Bu hərəkətinin münasibətinizə ziyan vurduğunun fərqində belə olmaya bilər.

Ətrafdakıların təsirini minimuma endirin
Kişilərin hisslərini ifadə etməsinin qarşısındakı əngəllərdən biri də çevrənizdəkilərin təzyiqləridir. Onsuz da münasibətlərdə edilən səhvlərdən biri də çevrənizdə olan insanların fikrlərinə çox əhəmiyyət veməkdir. Elə isə bu çevrə təsirlərinin münasibətinizdə olmadığını ona göstərməyiniz çox vacibdir. Ananızın nə dediyini, dostlarınızın fikirlərini nəzərə almadığınızı ona izah edin. Beləcə münasibətiniz onun üçün etibarlı olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir