Koronavirus

Hökumət koronavirusla bağlı niyə sərt tədbirlərə getmir?

Baxış sayı: 737

Payız mövsümü başlayandan həm dünyada, həm də ölkədə koronavirusa yoluxanların, eləcə də bu virusdan ölənlərin sayı kəskin artır. 

Ekspertlər mövcud vəziyyətlə bağlı ölkədə sərt karantin rejiminin yenidən tətbiq olunacağının qaçılmaz olduğunu bildirirlər. Qeyd edək ki, artıq bir sıra mərkəzi Avropa ölkələrində karantin qaydalarının sərtləşdirilməsinə başlanıb. Mütəxəssislər bu virusun hələ aprel ayına qədər davam edəcəyini deyirlər. Bəs görəsən, Azərbaycanda koronavirusa yoluxma səbəbindən karantin qaydaları yenidən sərtləşdirilə bilərmi? Hökumət hazırda niyə sərt tədbirlərə getmək istəmir?

Millət vəkili, ixtisasca həkim olan Musa Quliyev bu və digər suallarla bağlı açıqlamasında aşağıdakıları dedi: “Əlbəttə ki, hökumət mövcud vəziyyətlə bağlı sərt tədbirlərə də gedə bilər. Hökumət təbii ki, bunun mənfi və müsbət tərəflərini nəzərə alır. Burada məsələ təkcə epidemioloji situasiya ilə bağlı deyil, həmçinin sosial, iqtisadi imkanlar, insanların psixoloji vəziyyəti, müharibə və müharibədən sonrakı mövcud olan əhval-ruhiyyə, bütün bunların hamısı nəzərə alınır. Hesab edin ki, bizdə müharibə gedir və bu dövrdə sərt karantin rejimi tətbiq edilib və qapanmalara getmişik, bu mümkün deyil. Daha sonra məlum olduğu kimi, müharibədə şəhid olanlar, onların dəfn məsələləri var. Bu səbəbdən hökumət bunları nəzərə alır. Eyni zamanda sərt karantin rejimini yenidən tətbiq etmək Bakı şəhərində iqtisadi və sosial gərginlik yarada bilər ki,  bunu yaz aylarında gördük, hiss etdik. Məlum olduğu kimi, bəzi rayon və kəndlərdə karantin rejimi sərtləşdirilib və güman edirəm ki, bu bir müddət də davam edəcək”.

Covid-19'un en çok görülen belirtileri - Sağlık son dakika haberler

Musa Quliyev qeyd edir ki, ölkədə virusa yoluxma daha çox paytaxt Bakının payına düşür. Bu səbəbdən paytaxtda nəzarət gücləndirilməlidir: “Xüsusən də nəqliyyatla bağlı problemlər həll olunmalı və ciddi analiz aparılmalı, insanlara da məlumat verilməlidir ki, ən çox yoluxma sayı olan mənbələr hansılardır. Həmin mənbələrdə ciddi nəzarət rejimi tətbiq etmək, profilaktik tədbirləri gücləndirmək lazımdır.

Digər tərəfdən, vətəndaşlarımızın məsuliyyətini və maarifləndirilməsini artırmaq üçün daim, yorulmadan çalışmalıyıq. Təcrübələr də onu göstərdi ki, hansı ölkələrdə vətəndaş məsuliyyəti ciddidir, ictimai nəzarət güclüdür, orada yoluxma azdır və yoluxma yüksələn halda onu nizamlamaq olur. Bu səbəbdən bir neçə tədbiri paralel aparmalıyıq. Əlbəttə ki, hökumətin müvafiq qurumları epidemioloji şəraiti izləyirlər və günbəgün də insanlara məlumat verilir. Lazımdır ki, bu məlumatlar bir qədər də geniş və dəqiq olsun, xüsusən də yoluxma mənbələri haqda bilgilər verilsin. Maska rejiminin daha da sərtləşdirilməsi üçün tövsiyələr verilməli, həm də nəzarət artırılmalıdır. Yaxşı olardı ki, cərimələrlə bağlı polis fəaliyyəti də gücləndirilsin,  xüsusən də qapalı məkanlarda, nəqliyyat vasitələrində maska rejiminin pozulmasına görə cərimələrə nəzarət olunsun.

Hansı maskalar daha yaxşı qoruyur? | Banco.az

Bütövlükdə ölkə ərazisində yaz mövsümündə olduğu kimi sərt karantin rejiminə keçməyin tərəfdarı deyiləm. Yəqin ki, hökumət də şəraitə uyğun qərar verir. Bilmirik ki, koronavirus nə zaman ölkəmizdə, eləcə də dünyada bitəcək və yaxud ümumiyyətlə, bitəcəkmi? Və yaxud geniş şəkildə vaksinin nə zaman tətbiq olunacağını bilsək, əlbəttə, tam qapanmalara gedə bilərik. Təsəvvür edin ki, sərt karantin rejimi tətbiq etdik, iş yerləri dayandırıldı, sosial xərcləri artırdıq, amma iki aydan sonra yenə də eyni vəziyyət mövcud olur. Yəni əvvəlcədən dəqiq qərar qəbul etmək mümkün deyil. Hesab edirəm ki, hökumətin bu məsələdə taktikası doğrudur”.

Musa Quliyev: “Gəncə heç vaxt mühafizəkar şəhər olmayıb” - BBC News Azərbaycanca

Musa Quliyev qeyd etdi ki, yoluxma sayının artma səbəblərindən biri də mövsümlə bağlıdır: “Təbii ki, burada vətəndaş məsuliyyətsizliyi də var. Amma bir məsələni qeyd etmək olar ki, yayda da məsuliyyətli vətəndaş var idi. Hesab etmirəm ki, yaydan bəri bizim məsuliyyətimiz artıb. Bu baxımdan yoluxma sayının kəskin artma səbəblərindən biri də mövsümlə bağlıdır. Hazırda bütün dünyada koronavirus tüğyan edir, yoluxma sayında kəskin artmalar var. Məlum olduğu kimi, koronavirusun bir neçə növü var və tez-tez öz üzərində motivasiyasını, quruluşunu dəyişir. Buna görə də bilmək olmur ki, bundan sonra yoluxma məsələsi necə olacaq. Yayda yoluxmanın yüngül keçdiyini müşahidə etsək də artıq payız ayında bu vəziyyət ağırlaşıb, insanlar virusu ağır keçirir və ona görə də ölüm halları da artır. Hesab edirəm ki, insanlarımız daha da məsuliyyətli olmalı, payız rejiminə uyğun olaraq paltar rejiminə riayət etməli, hava şəraitinə uyğun geyinməlidirlər. Həmçinin yaşlı insanlara tövsiyə olunur ki, ümumiyyətlə, bu cür hava şəraitlərində evdən çölə çıxmasınlar”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir