toy

Hörüklü gəlin saçı modelləri haqqında hər şey

Baxış sayı: 2. 421

Hörüklü gəlin saçı son illərdə gəlinlərin ən çox üstünlük verdiyi modellərdən biridir. Hörüklü topuzlar, hörüklü at quyruqları, saç hörgüsündən bantlar.. Artıq saç modellərinə hörüklə hərəkətlilik verilir.

Hörüklü saç növləri

Fransız hörüyü, drakon, həsir, sünbül, Valentino, Helen, Holland hörüyü və s. olaraq tanınan çox hörüklər var. Gündəlik həyatda bu hörüklərin necə edildiyi vidolara baxırsınız. Amma mən bu yazıda drakon hörük necə edilir, həsir hörük necə hörülür deyə anlatmayacam çünki mövzumuz hörüklü gəlin saç modelləri.

Hanı hörüklü saç modeli sizə uyğundur, necə saç aksesuarı ilə istifadə edə bilərsiniz, hansı gəlinlik yaxası ilə uyğundur kimi sualları cavablandırılması ehtiyacınız olacaq.

Əvvəlcə hörüklü saç növləri içində ən çox üstünlük veriləndən bəhs edəcəyik. Hörüklü topuz modelləri, hörüklü açıq saç və hörüklü at quyruğu. Bunlardan gəlinliyinin yaxasına ya da üz formana uyğun olanına görə seçimini edə bilərsən.

 

Hörüklü topuz gəlin saçı

Gəlin saçı modelləri arasında ən çox üstünlüki verilən topuz, hörük ilə hərəkətləndirmək istiyən gəlinlər üçün tpozu modelləri ilə başlayaq.  Əgər gəlinliyin yaxası qayıq yaxa, halter yaxa kimi bağlı yaxalardandırsa, hörüklü topuzu seçməyin yerinə düşər. Çünki bağlı yaxada saçlarını açıq buraxmağa yer olmayacağı üçün toplu modellərə yönəlməlisən.

Topuz modellər üzünüzü ortaya çıxaracaq. Buna görə hörüklü topuz üçün ən ideal üz şəkli oval üzdür.

Əgər üzün minyonsa və ya çiyinlərin balacadırsa, hörüyü topuzla birləşdirməlisən. Açıq hörüklü saç modellərinə qətiyyən yönəlməməlisən. Açıq havada toy edirsinizsə, bit az dağınıq topuz edə bilərsiniz.

 

Açıq hörüklü gəlin saçı

Saçınızı açıq buraxacaqsınızsa və hörüklə hərəkət qatacaqsınızsa, gəlinliyinizin yaxasının bağlı

olmaması mütləqdir.

Hörüklü atquyruğu gəlin saçı

Bu modellər də ən çox istifadə olunan modellərdəndir. Xüsusilə, uzun saçlı və minimal gəlinlərin seçimi olur. Saçın qabağını böyük hörüklər olunsa, bu saç modelində saçınız çox həcmli görsənəcək.

Hörüklü saç aksesuarları

Hörüklü saç modellərinə ən çox yaraşan aksesuarlar təbii çiçəklərdir. Açıq havada təşkil olunan toylarda təbii çiçəklərlə hörüklü saç modelləri mükəmməl görünür. Lakin otel, restoran və digər bu kimi qapalı məkanlarda toy edirsinizsə, xüsusi saç broşlarından istifadə edə bilərsiniz. Saç sancaqları və broşları topuz modellərə daha çox uyğundur.

Son olaraq hörüklü saç modellərinə aksesuar kimi  təbii saçınızdan da tac kimi istifadə edə bilərsiniz. Yetirsə, öz saçınızdan yetmirsə saçınızın rənginə uyğun əlavə saçdan başının üstünə hörükdən tac edə bilərsiz. Bu xüsusilə bohem saç hörüyü ilə gözəl olur. (Menimtoyum.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir