plov

“İç plov” necə bişirilir?

Baxış sayı: 1. 147

Hər həftə oxucularını dadlı yemək reseptləri ilə tanış edən “Gencaile.az” saytı bu dəfə sizə  “iç plov”un necə hazırlanması ilə tanış edəcək:

Ümumtürk mətbəxinin təməl yeməklərindən biri plovdur. Düyü ilə bişirilən plov həmişə türk süfrələrinin baştacı olub.

Düyü Osmanlı mətbəxinə Çindən gəlib. Amma sonradan plovların növü və bişirilmə qaydası o qədər inkişaf edib ki, düyü ilə hazırlanan yeməklər, xüsusilə də plov Osmanlı mətbəxinin ən gözəl yeməkləri arasına girib.

Əslində Osmanlı plovlarını çeşidli edən onun yavanlıqları, üstünə qoyulan və ya içinə qatılan ləvazimatın müxtəlifliyidir. Ət, balıq, dəniz məhsulları, paxla və tərəvəzlərlə hazırlanan plovlar növbənövdür. Bunlardan artıq unudulmuşu olsa da, bir çoxu bu günə qədər Türkiyə mətbəxində bişirilir və sevilə-sevilə yeyilir, məsələn, iç plov (iç plav).

 

Onu hazırlamaq üçün nələr lazımdır, sadalayaq:

150 qr. qoyun ciyəri,
bir stəkan yarım (1,5) düyü,
1 ədəd soğan,
2 xörək qaşığı dolma fısdığı,
2 qaşıq yarım kişmiş,
yarım (½) çay qaşığı qara dənə istiot (yenibahar və ya Yamayka istiotu),
yarım (½) çay qaşığı darçın,
çay qaşığının 3-də biri qədər (1/3) qara bibər,
4 qaşıq kərə yağı,
2 stəkan yarım isti su,
3 budaq cəfəri,
zövqə görə duz.
Sıra gəldi iç plovu bişirməyə.

Düyünün üzərini örtəcək qədər isti su və duz əlavə edib 30 dəqiqə saxlayın. Sonra soyuq suda onu bir neçə dəfə yuyun və süzün.

Bu arada ciyəri 1-2 sm. ölçülərində xırda-xırda doğrayın. Kişmişin saplarını ayırın, yumşalıb şişmələri üçün yarım saat suda saxlayın.

İki qaşıq kərə yağını bir qazanda əridin. Dolma fısdığını çəhrayılaşana qədər qovurun. Soğanları əlavə edərək qovurmağa davam edin. Yumşalmağa başlayınca soğanların üzərinə ciyəri tökün. Hamısını birlikdə 3-4 dəqiqə orta temperaturda qovurun. Qazana isti su və qalan kərə yağını əlavə edin. Su qaynayınca, süzülmüş düyü, qara bibər, yenibahar, darçın, kişmiş və zövqə görə duzu əlavə edərək qazanın qapağını bağlayın. Əvvəl qazı tam açaraq, su qaynadıqdan sonra orta azaldaraq düyünün suyu çəkilənə qədər bişirin. Qazın üzərindən götürdükdən sonra qazanı qapağı bağlı olaraq 15-20 dəqiqə saxlayın. Sonra taxta qaşıqla plovu xırmanlayın, üzərinə incə doğranmış cəfərini səpin. Artıq iç plovu süfrəyə gətirə və yeyə bilərsiniz. Nuş olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir