İçki düşkünlüyünün səbəbi

Baxış sayı: 1. 441

ABŞ alimləri insanın alkoqola meyl etməsinə təsir göstərən ayrıca mexanizm aşkar ediblər. “Medical News Today” nəşri xəbər verir ki, tədqiqatlara görə, bir çox asılılıqların sirrinin açarı beyinin davranışa cavab verən zonası olan dorsomedial striatumdadır. Çoxlu miqdarda alkoqol striatumun fəaliyyətini hüceyrə səviyyəsində dəyişdirir. Özü də tikanlı neyronlara daha çox təsir edir. Bu neyronlar D1 və D2 reseptorlarının köməyi ilə beyinin dofaminə reaksiyasını tənzimləyir. D1 reseptorları olan neyronlar beyinin neyron yolunu hərəkətə gətirən, D2 reseptorları olan neyronlar isə hərəkəti yavaşıdan hissəsidir. İçki düşkünlərində D1 reseptorları beyini nəzarətə götürür. Spirtli içki sinir sistemini həddindən çox fəallaşdırır və bu da asılılığa gətirib çıxarır

Amerika alimlərinin fikrincə, bu kəşf alkoqolizmə qarşı yeni dərmanın hazırlanmasına ümid verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir