idman

İdeal bədən quruluşu üçün 9 vacib idman hərəkəti

Baxış sayı: 1. 494
Gözəl və möhkəm bədən quruluşunun sirri artıq çoxdan hər kəsə məlumdur. Bunun əsasında düzgün qidalanma və mütəmadi olaraq idmanla məşğul olmaq dayanır.Sizə sadə üsullarla edə biləcəyiniz məşqlər kompleksi təqdim edirik. Hər gün bu 9 idman hərəkəti ilə ideal bədənə daha çox yaxınlaşacaqsınız. Başladıq!

İdeal press

Bu hərəkət sayəsində möhkəm və düz qarına sahib olacaqsınız. Hərəkəti hər ayağınızı dirsəyinizə 30 dəfə vurmaqla təkrar edin.

Gözəl əllər

Əllərdə sallanma olmaması və möhkəm olması üçün əla hərəkətdir. Ayaqlarınızı çiyinləriniz enində aralı qoymağa diqqət edin. Bu idman hərəkəti 15 dəfə təkrarlanmalıdır.

Sinə (döş) əzələlərinin möhkəmlənməsi

Döş hissənizin sallanması və yumşaq olmasını istəmirsinizsə, əzələləri möhkəmləndirməyə çalışmalısınız. Fotoda gördüyünüz hərəkətlərdən hərəsini 12 dəfə olmaqla təkrarlamağa çalışın. Hərəkətləri edən zaman nəfəsinizə diqqət edin.

İncə bel üçün hərəkətlər

İncə bel üçün bu hərəkətləri etdiyiniz zaman belinizi dik tutmağa xüsusilə diqqət edin. Hər iki istiqamətə 15 dəfə olmaqla təkrarlayın.

Arxa və budlar üçün

Möhkəm arxa və güclü bud əzələləri istəyirsinizsə, bu hərəkət məhz sizin üçündür. Hər duruşda 30 saniyə dayanmağa çalışmaqla, hərəkəti 30 dəfə təkrarlayın.

Ayaqlar 

Güclü ayaqlar və möhkəm dizlər üçün olan ideal məşq hərəkəti. Ayaqlarınızı irəli uzadarkən tam açmağa diqqət yetirin. Hər iki vəziyyətdə 20 dəfə təkrarlamağa çalışın.

Squat

Ayaq və arxa əzələlərinin möhkəmlənməsi, genişlənməsi üçün edilən hərəkətdir. Ayaqlarınızı çiyinləriniz aralığında qoymağa xüsusi diqqət edin. Hər gün 50 dəfə olmaqla bu hərəkəti təkrarlayın.

Dartınma

Ümumi olaraq bədən əzələrinin elastikliyi və hərəkətliliyini artırmaq üçün edilən hərəkət. Hər tərəfdən 6 dəfə olmaqla etmək lazımdır. Pozanın saxlama müddəti 20-30 saniyə olmalıdır.

Ən vacib idman hərəkəti: Gəzinti

Gəzinti sizin ümumi sağlamlığınız üçün olduqca əhəmiyyətli fəaliyyətdir. Qan dövranını, maddələr mübadiləsini və ürəklə bağlı problemlərinizi həll edəcək qədər vacib olan bu fəaliyyətə gün ərzində ən azı 45 dəqiqə ayırmalısınız. Həm fiziki, həm də estetik gözəlliyiniz üçün dönüş nöqtəsi hesab etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir