qadin

İdeal üz təmizliyi üçün 5 sadə məsləhət

Baxış sayı: 144

Üz təmizliyi dəriyə qulluğun ən vacib nöqtəsidir. Yəqin ki, siz də bu qulluq rutininə əməl edirsiniz. Bəs sizcə üzünüzü düzgün təmizləyirsiniz? Biz sizə ideal üz təmizliyi üçün 5 sadə addımı təqdim edirik. Bu addımlara əməl etsəniz dəriniz də sizə təşəkkür edəcək!

Məsləhət 1: Gözünüzü basmayın

Makiyajı təmizləyərkən çox zaman gözümüzdəki makiyajı çıxartmaq üçün ya onu barmağımızla ya da ki, pambıq disklə aqressiv şəkildə basırıq. Belə etdikdə biz təmizlik etmirik, yalnız və yalnız kipriklərimizə, göz dərimizə zərər yetiririk. Tələsmək lazım deyil. Kipriklərinizdəki tuşunuzu təmizləmək üçün nəm pambıq disklərdən istifadə edə bilərsiniz. Pambıq diskləri nəm etmək üçün bəzən su bəs etmir. Çünki elə tuşlar var ki, onlar suya qarşı davamlı olurlar. Buna görə də, pambıq disklərinizi nəm etmək üçün müxtəlif markaların göz makiyajını təmizləyən vasitələri var ki, onlardan istifadə edə bilərsiniz. Və prosesi edərkən çalışın gözlərinizi bərk basmayın, masaj hərəkətlərilə onu təmizləyin. Tam təmizlik üçün ən yaxşı proses 5 dəfə təkrar etməyinizdir.

Məsləhət 2: Ciddi təmizlik üçün lazımlı vasitələrdən istifadə edin

Makiyajı tez-bazar təmizləmək lazım deyil. Hələ sabunla heç təmizləmək olmaz. Makiyajınızı tamamilə təmizləmək, üzünüzün yumşaq, təravətli olmasını istəyirsinizə dərinizə uyğun makiyaj təmizliyicilərindən istifadə etməyiniz məsləhətlidir. Xüsusilə, göz dəriniz nazik olduğundan ona diqqət göstərməyiniz vacibdir. Bunun üçün Nivea-nın, Чистая Линия-nın, Avon-un məhsulları həm cibinizə, həm də dərinizə uyğundur.

Məsləhət 3: Toniki unutmayın

Tonik istifadə edərək dərinizi krem çəkməyə hazırlayırsınız. Və bu heç də boş söz deyil. Makiyajı silib və yuyan zaman bəzən dərinin təbii pH balansını pozmuş oluruq. Amma tonikin sayəsində siz, dərinizin normal turşu-qələvi balansını bərpa edə bilərsiniz. Nəticədə məsamələr təmiz olacaq və krem çəkərkən dəri onu yaxşı qəbul edə biləcək.

Məsləhət 4: Dərinizi çox pilinq etməyin

Bu barədə səhv bizim özümüzdədir. Çünki dərimiz qabıqlananda çalışırıq onu tez-tez pilinq edək. Bunu isə gözəllik ekspertləri məsləhət görmürlər. Əgər siz həftədə 2 dəfədən artıq skrabla pilinq etsəniz (yağlı dərilər üçün həftədə 2, normal dərilər üçün həftədə 1 dəfə məsləhətlidir) dərinizi zədələyə bilərsiniz və ciddi problemlər yaşayarsınız.

Məsləhət 5: İstifadə etdiyiniz məhsulun tərkibini mütləq oxuyun

Əgər həddən artıq həssas dəriyə sahibsinizsə və təhlükəsiz vasitələrdən istifadə etmək istəyirsinizsə dermatoloqların məsləhət gördüyü məhsullara üstünlük verin. Belə vasitələrin tərkibində spirt, paraben və heç bir kimyəvi maddə olmamalıdır. Tərkibində daha çox E və B vitaminləri olan kosmetik təmizləyicilərdən istifadə etsəniz faydalı olar. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir